Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:33

Məzahir Pənahov: «Mayın sonuna yeni seçici siyahısı muəyyənləşəcək»


«Mayın sonuna qədər parlament seckiləri ilə bagli yeni seçici siyahısı muəyyənləşəcək».

Yeni Azərbaycan Partiyasının rəsmi internet saytının məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, yaxın günlərdə MSK-nın iclası olacaq və orada bu prosesə tamamilə yekun vurulacaq:

«Hər şey artıq hazırdır və iclasın mayın 26-sı və ya 27-si keçirilməsi nəzərdə tutulub».

MSK-da boş qalan yerlərə namizədlərin müəyyən edilməsinə gəlincə Məzahir Pənahov bildirib ki, qurumun tərkibini parlament formalaşdırır:

«Mən də istəyirəm ki, parlament bu məsələyə baxsın və həmin yerlərə qanuna uyğun şəkildə təyinatlar həyata keçirsin».

Günün bütün mövzuları

XS
SM
MD
LG