Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:44
Bir gün biz evdə oturmuşduq.

Birdən telefon zəng çaldı. Məni Meksikada keçiriləcək sula-cavab yarışmasına dəvət etdilər.

Həmin yarışa getmək üçün xüsusi təyyarə ayrıldı. O təyyarədə məndən başqa daha bir neçə nəfər yarışa gedən var idi.

Təyyarə yola düşdü. Biz bir neçə saat yol getdik. Birdən təyyarədə nasazlıq baş verdi. Sonra təyyarə qəzaya uğradı. Bu zaman mən hansısa bir cəngəlliyə düşmüşdüm.

Mənə heç nə olmamışdı. Mən həmin cəngəllikdə irəliləməyə başladım. İrəlliləyərkən birdən qabağıma bir hindu çıxdı. Hindu mənə salam verdi. Bu zaman təəccübləndim.

Fikirləşdim ki, görəsən hindu Azərbaycan dilini haradan bilir? Bu sualı hinduya verdim. Hindu mənə deüdi ki,”burada Azərbaycan dilini bilməyəni işə götürmürlər”.

Mən hindu ilə tanış oldum. Onun adı Mekonq idi. Mekonq məni öz dostlarının yanına apardı. Onun dostlarından birinin sabah toyu olacaqdı. Həmin dostunun adı Kampala idi. Kampala məni öz toyuna dəvət etdi.

Sonra Mekonq məni öz evinə apardı. Mekonqun ikimərtəbəli villası var idi. Villa bambuk ağaclarından tikilmişdi. Villanın həyətində hovuz da var did.

Mekonqun ailəsi məni çox yaxşı qarşıladı. Onlar mənə ananas aşı və kakos südü təklif etdilər.

Mən ac olduğum üçün onların təklifini rədd etmədim..

Mekonqun arvadının adı Karanqa, oğlunun adı isə Sumatra idi. Sumatra Mekonqun atasının adı imiş. O da bu adı oğluna qoyub.

Axşam oldu. “CTV”-dən (cəngəllik TV-dən) maraqlı bir kinoya baxdıq. Sonra isə yatdıq.

Səhər açıldı. Mən Mekonqun tutuquşusunun səsinə oyandım. Sonra biz səhər yeməyini yedik. Səhər yeməyini yeyəndən sonra Kampalanın toyuna hazırlaşmağa başladıq. Biz üzümüzü bər-bərdə qırxdırdıq.

Birdən çoxlu fil səsi eşitdik. Sonra gəlin maşını göründü. Gəlin maşını fil idi. Gəlin filin üstündə oturmuşdu. Arxadan bəy maşını gəlirdi. Bəy maşını da fil idi. Bu filin üstündə Kampala oturmuşdu.

Bəy və Gəlin getdikdən sonra biz Mekonqun maşını ilə “Cəngəllik şadlıq sarayı”na yollandıq. Mekonqunqun çox gözəl maşını var idi. Onun maşınının markası “Cunqli 24” (bizdə buna qaz24 deyərdilər) idi.

Biz şadlıq sarayına çatdıq. Bəy və gəlini “Cəngəli” havası ilə qarşıladılar. Restoran 111 nəfərlik idi. Lakin toya 112 nəfər gəlmişdi. Çünki mən toya sonradan dəvət olunmuşdum.

Restoran çox müasir idi. Burada cürbəcür yeməklər verilir, “Bananos”, “Super Kakos Rock” qruplarının müsiqiləri səslənirdi. Məni rəqsə dəvət etdilər.

Mən doyunca rəqs etdim.

Gecə toy qurtardıqdan sonra biz evə qayıtdıq.

Yolda bizi polis saxladı. Şünki biz sərxaş idik.

Bizi saxlayan polis “Cəngəllik Polis Alayı”nın işçisi Niki Fici idi. O, Mekonqu 50 AZN məbləğində cərmələdi. Bu zaman mən təəccübləndim və Mekonqdan soruşdum:

- Mekonq, sizin öz pulunuz yoxdur, bizim pulu işlədirsiniz?

Mekonq dedi ki, “- sən bilmirsən ki, sizin pulunuz bütün dünyada istifadə olunur?

Bizim də öz pul vahidimiz olmadığı üçün sizin pulunuzdan istifadə edirik.

Biz yolumuza davam etdik. Nəhayət, gəlib Mekonqgilə çatdıq. Mekonq maşını qaraja qoydu. Biz yatdıq.

Səhər mən yenə də Mekonqun tutuquşusunun səsinə oyandım. Mən artıq ev üçün darıxmışdım. Bunu Mekonqa bildirdim. O, mənə “- Mənim yaxın bir dostum var. Onun yaxşı gəmisi var. Ona deyərəm səni aparar”, - dedi.

Səhər yeməyini yedikdən sonra, o məni həmin dostunun yanına apardı. O, yaxşı adam idi. Mən onunla tanış oldum. O mənə dedi ki,” – gəmi təmir olunmalıdır. Onu 2 günə təmin edərəm. Sonra səni apararam”.

Mekonq mənə :”- bu lap yaxşı oldu. Sabah yeni ildir. Yeni ili bizdə qarşılayarsan”,- dedi.

Mekonq tropik adada yaşayırdı. Burada qış olmurdu. Ona görə də buradakı insanlar yeni ili qarla-qışla, soyuq hava ilə deyil, isti hava ilə qarşılayırdılar.
Mən Mekonq ilə “Cəngəllik bazarı”na getdim. Yolüstü Mekonqun tarlasına baş çəkdik.

Onu da deyim ki, Mekonqun manqo tarlası var idi. O, yeni il üçün tarladan bir az manqo yığdı. Sonra biz bazara doğru yolumuzu davam etdirdik. Bir neçə dəqiqədən sonra bazara çatdıq. Bazrda alver etdik. Mən buradan 2 qutu zırpaket və 2 ədəd fişəng aldım.

Buradakı zırpaketlər qamış yarpağından, fişənglər isə qamışdan hazırlanırdı.

Axşam oldu. Biz yatdıq. Səhər mən yenə də Mekonqun tutuquşusunun səsinə oyandım. Yeni il üçün hazırlıqlara başladıq. Avokado ağacı işıqla və oyuncaqlarla bəzədik. Bazarda süni avokado ağacı da satırdılar.

Lakin Mekonqun həyətində təbiisi olduğu üçün biz onu bəzədik. Mekonqun arvadı Karanqa axşam üçün cürbəcür yeməklər hazırladı. Yeni ili çox yaxşı qarşıladım.

Səhər mən Mekonqun tutuquşusunun səsini eşitmədim. Məni Mekonq oyatdı. Mən Mekonqdan soruşdum:

- Mekonq, sənin tutuquşun hanı?

O ağlaya-ağlaya mənə cavab verdi:

- Tutuquşum gecə vəfat edib. Gecə atdığımız fişənglərdən biri ona dəyib. Onu mənə babam bağışlamışdı. Yazığın fevralda 83 yaşı olacaqdı.
Mən tutuquşunun dəfn mərasimində iştirak etdim. Qəbiristanlıqda hamı hüznlü idi.

Dəfndən sonra Mekonq məni dostunun yanına gətirdi. Dostu gəmini təmir etmişdi. Mən Mekonq ilə vidalaşdım. Mekonqun arvadı Karanqa yolda yemək üçün bizə bir az yemək hazırlamışdı.

Gəmi dənizə buraxıldı. Biz 7 ay 25 gün yol getdik. Dənizdən balıq tutub yeyirdik. Sual oluna bilər: bəs suyu haradan alırdınız? – cavab verirəm: gəmidə xüsusi qurğu var idi. Yağan yağışı, həmçinin dəniz suyunu təmizləyən bu qurğu bizi yol boyu su ilə təmin etdi.

Biz Mərkəzi Amerika adalarından Atlantik okeanı vasitəsilə Aralıq dənizinə, oradan isə Türkiyəyə gəldik. Mekonqun dostu mənə bir az pul verdi. Bu pul vasitəsilə mən Iğdıra gəldim. Oradan sərhəddi pozaraq Naxçıvan M.R.-nın ərazisinə daxil oldum.

Buradan da təyyarə vasitəsilə Bakıya gəldim. Çox narahat olan ailəm məni görəndə gözlərinə inanmadılar və çox sevindilər. Mənə məlum oldu ki, hətta ailəm məni axtarmaq üçün “İnterpol”a xəbər verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG