Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:52
Pakistanda «Facebook» internet sosial şəbəkəsi yerli məşhurların doğma evinə çevrilib.

Keçmiş prezident Pərviz Müşərrəf öz «fan»ları ilə Facebook vasitəsilə əlaqə saxlayır.

Dizayner öz yeni paltar modellərinin şəklini, musiqiçi yeni mahnılarından parçaları «Facebook»da yerləşdirib, yaymağa başlayır.

Pakistanda babalar, nənələr ölkədən qıraqda yaşayan nəvələri ilə «Facebook»da yazışırlar.

Ancaq bütün bunlara mayın 31-də son qoyulacaq. Lahor şəhərinin Ali Məhkəməsi qərar verib ki, «Facebook»a çıxış Pakistanda bağlanmalıdır.

Məhkəmə araşdırmasına səbəb Pakistanın islamçı vəkillərinin imzaladığı müraciət olub. Vəkillər «Facebook»dakı bir səhifəyə etiraz edirdilər. Səhifənin adı belə idi:

«Hər bir kəs Məhəmməd Gününün şəklini çəkir».

Vəkillər bu məsələni gündəliyə gətirəndən sonra Pakistan boyu Facebooka qarşı etirazlar başlandı.

PREZİDENTİN «YOUTUBE»DAKI VİDEOSU

İnternet səhifəsinə girişin bağlanması Pakistanda birinci dəfə deyil. Fevral ayında «YouTube» bir saatlığa bağlandı. Sonra məlum oldu ki, buna səbəb «YouTube»dakı bir video olub. Həmin videoda prezident Zərdari kütlə qarşısında çıxış edəndə bir nəfərə qışqırır ki, «ağzını yum».

«Foreign Policy» məcmuəsi yazır ki, «Faceebook»a girişin bağlanması demək olmaz ki, Pakistanda qanunsuzluğu göstərir. Əksinə, Pakistan qanunlarına görə, dini dəyərlər, Allah haqda ciddi və ya zarafatla deyilən mənfi sözə görə ölüm cəzası və ya ömürlük həbs almaq olar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG