Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:04

Seymur Rumyes "Qəzetlərin mübahisəsi"


Qəzetlərin yaxşı satılmadığı vaxtdı, oxucuların sayı hədsiz azalıb.

Bakı köşklərinin birində üst-üstə yığımış qəzetlər mübahisə etməyə başlayırlar.

Əslində mübahisəni “Azərbaycan” qəzeti saldı. Qəzet öz böyük səhifəsi və rəngliyi ilə öyünərək deyir ki, “mən Azərbaycanda ən gözəl qəzetəm.

Səhifələrim geniş və rənglidi. Respublikanın istənilən idarəsində, kitabxanasında mən varam.

Prezidentdən tutmuş bütün məmurlar, dövlət qulluqçuları məni sevə-sevə oxuyurlar.

Mən olan yerdə nə “Xalq”, nə “Respublika”, nədəki digər qəzetlər heçnədi.

Mətbuatın gözü də mənəm, informasiya dirəyi də. İnsanlar bütün qanunları, fərmanları, işdən azad və təyin olunmaları məndən oxuyurlar. Əgər mən olmasaydım... ”

“Bir dəqiqə saxla”-deyərək, “Respublika” qəzeti başlayır nə başlayır: “Nə olsun ki, redaktorum qoca, sakit bir adamdı. Nə olsun ki, bir neçə gün cibimdə pulum olmada, çap oluna bilmədim.

Bu o demək deyil ki, hökumət yalnız səni sevir və sən buna görə özünü lider hesab edə bilərsən.

Sənin haqqında elə şeylər deyərəm ki, təmiz hörmətdən düşərsən. Sən adicə parlamentin orqanısansa mən isə ən yüksək zirvəyə - Administrasiyaya bağlıyam.

Hər yerdə oxunan mənəm və lider mənəm”. “Respublika” coşmağa başlamışdı ki, birdən “Yeni Müsavat” özünü ortaya atıb sözə qarışdı: “Nədi yenə bir-birinizi qırırsız. Allah yazınızı töksün. İloniki ay iqtidar daxili çəkişmələrdəsiniz.

“Respublika”ya böyük hörmətim var, amma heç birinizlə razılaşa bilmərəm.

Özünüz də yaxşı bilirsiz ki, ölkədə ən çox oxunan və satılan qəzet mənəm.

Küçədə, idarədə, çayxanada, hətta parlamentdə və prezident administrasiyasında da mənsiz keçinmirlər. Azərbaycanda kimin nə işlə məşğul olduğunu və digər gündəlik informasiyaları insanlar yalnız məndən alırlar.

Mən olmasam insanların iqtidardaxili çəkişmələrdən, məmurların həyatından xəbərləri olmaz. Odur ki mətbuatında birincilik mənə məxsus olmalıdı”.

Bayaqdan səbrini basıb, söhbətlərə qulaq asan “Azadlıq” qəzeti dillənmək məcburiyyətində qalır: “Gəlişi gözə sözlər deyirsiz. Hamınız özünüzü lider hesab edirsiz. Bəs onda mən nəyəm?

Yoxsa yazılarım yazı deyil, bəlkə oxucularım yoxdu, bəlkə dediyiniz yerlərdə məni oxumurlar. Mən insanlara azad olmağın yolunu göstərirəm. Mən insanlara ən doğru xəbərləri, reportajları çatdırıram.

Mən insanların azadlığı, ölkənin demokratiyası uğurunda həyatdayam. Heç kim yazısında konkret ad çəkməsə də, mən günahkarın birbaşa adını yazıram. Məhz buna görə hamı məni sevir, hörmət edir.

Mənsiz mətbuat çox mənasız görünər. Bir sözlə ölkənin birinci qəzeti mənəm, vəssalam”. “525-ci qəzet” şeir oxuduğundan mübahisəyə fikir vermirdi, amma “Azadlıq”ın son sözləri onu tok kimi vurur.

“Nə tez unutdunuz mənim keşmişimi.

Yadınızdan çıxıb ki, ölkədə ən çox oxunan, aktiv qəzet idim. İndi baxmayaraq ki, səhifələrimi böyüdüb “Azərbaycan”a oxşamışam, real vəziyyəti işıqlandırmaqdan çox ədəbiyyata keçmişəm, yenə də liderliyimi saxlayıram.

Əslində “Azərbaycan” “Respublika”, “Xalq”, “Mərkəz”, “Həftə içi”, “Ədalət”, “Yeni Azərbaycan ”-biz elə bir tipdəyik, eyni cəbhədə olan qohum dərgilərik. Ona görə də aramızdan lider seçmək müşkül məsələdi.

Amma informasiyanı və ədəbiyyatı bir araya gətirməyim baxımdan ölkədə mənə çatan olmaz”. Həftəlik “Reytinq” qəzeti dilxor-dilxor dilləndi:

“Həftəlik olanda nə olar ki. Elə bilirsiz məni oxuyan yoxdu. Ya da informasiyam sizddən əskikdir. Müstəqil mövqe tutmağıma görə respublikada yek qəzet mənəm. Mən olmasam mətbuatın üzü ağarmaz”.

“Alma” qəzeti “Reytinq”lə razılaşsa da özünü öyünməyi unutmadı:

“Tək bir söz deyəcəm. Mən olmasam gənclərin təfəkkürü və liberallıq pis gündə olar. Əgər gənclər gələcəyimizdi deyirlərsə, deməli mən qəzetlərin gözü olmalıyam”.

“Səs” və “Yeni Azərbaycan” qəzetləri əsəbdən çığırmağa başladılar:

“Ən çox söz götürəndə bizik, iqtidarı tərifləyən də. İndi siz olacaqsız ölkənin lider qəzeti, eləmi? Heç elə şey yoxdu. Axı...” Səhərdən bəri qəzetlərin mübahisəsinə kənardan qulaq asan “Bizim Yol” qəzeti sözləri kəsərək dillənir: “Görün nə günə gəlib çıxdıq. Yarımız müxalifətə, yarımız da iqtidara ayrıldıq.

Bəziləri də güya müstəqildirlər, amma əslində xoruz babadırlar. Niyə bir-birimizə qənim kəsilməliyik.

Axı unutmamalıyıqkı nə qədər iqtidara, müxalifətə ayrılsaqda hamımızın ulu babası birdir-“Əkinçi”. Hamımız yaxşılığımıza, pisliyimizə, oxunub-oxunmamağımıza baxmayaraq “Əkinçi” kökündən gəlirik. İndiyə qədər gəldiyimiz yolda çox çətinliklərlə üzləşdik, “Monitor”u itirdik, “Gündəlik Azərbaycan”ı qurban verdik.

Gəlin açıq danışaq, “Gündəlik Azərbaycan” bu gün həyatda olsaydı heç biriniz onun qarşısında “mən çox satılıram”, “mən ən keyfiyyətliyəm”, “mən azadlıq simvoluyam” və sairə deyə bilməzdiniz. Yəqinki o özünü mətbuatın lideri hesab edərdi.

Ona qalsa mən də deyirəm ki, ölkədə ən dəqiq informasiyanın verilməsinə görə birinciyəm. Mən olmasam insanlar dezinformasiyalar içərisində batar.

Amma dostlar bütün mübahisələrə son qoymalıyıq. Azərbaycanda yaranıb, burada çap ediliriksə bu dövlətin, cəmiyyətin yaxşılığı uğurunda çalışmaq, doğru informasiyalar vermək, problemlərin həllinə yardımçı olmaq hər birimizin borcu olmalıdı.

Məhz bu baxımdan ayrılıqda deyil, hamımız birgə liderik. Gəlin “Əkinçi”nin ruhuna və adına layiq hərəkətlər edək, özümüzü usandırmayaq”.

Bütün qəzetlər “Bizim Yol”un sözüylə razılaşdılar və sakitləşərək öz müştərilərini gözləməyə başladılar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG