Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:38

Azərbaycan XIN-i İranla bağlı açıqlama verib


Türkiyə, Braziliya və İran arasında əldə edilən razılığı Azərbaycan çox müsbət qarşılayıb.

Bu fikri Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov İrana mümkün sanksiyalar reallaşarsa Azərbaycan hansı mövqe sərgiləməlidir sualını şərh edərkən səsləndirib.

Elxan Poluxov deyib ki, İrana sanksiyalar ortada olmadığından bu məsələyə birmənalı münasibət bildirmək istəmirlər:

«Əgər sanksiyalar tətbiq ediləcəksə, o sanksiyaların şərtləri olacaq. Yalnız bu şərtlər məlum olduqdan sonra ona birmənalı münasibət bildirmək olar»

Elxan Poluxov qeyd edib ki, İran Azərbaycanın qonşusudur. Onun fikrincə Azərbaycan bütün qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşamaqda israrlıdır:

«Azərbaycan gündəlik tələbat üçün istifadə edilən nüvə proqramının hər bir dövlət tərəfindən inkişaf etdirilməsinin tərəfdarıdır…»

Günün bütün mövzuları

XS
SM
MD
LG