Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 22:41

Bakıda avtomobillərdən külli miqdarda pul oğurlayan şəxslər tutulub


Bakıda avtomobillərdən külli miqdarda pul oğurlayan şəxslər tutulub. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumatda görə, aprelin 7-də Bakı şəhər sakini Qüdrət Şükürov Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək ona məxsus olan «Range Rover» markalı maşından şüşəni sındırmaq yolu ilə 100 min ABŞ dolları və 60 min manat pulun oğurlandığını bildirib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşları keçirdiyi əməliyyat nəticəsində oğurluqda təqsirli bilinənlər Muxtar Məmmədov, əvvəllər məhkum olunmuş Elmir Sadıqov, Anar Quliyev və Rövşən Rüstəmov tutulub.

Saxlanılan şəxslərin ətrafında aparılan araşdırmalar nəticəsində həmçinin məlum olub ki, dəstə üzvləri yanvarın 21-i, Nərimanov rayonu H. Əliyev küçəsində Elman Mirzəyevə məxsus «Mercedes» markalı avtomobilin yük yerindən 30 min manat oğurlayıblar.

Saxlananlardan Elmir Sadıqovdan AKM və AKSU markalı avtomatlar, səsboğucusu ilə birlikdə Bereta markalı tapança, 3 ədəd sandıqçası ilə birlikdə 77 ədəd patron, 1 ədəd tapança patronu, 51600 ABŞ dollar və 20600 manat aşkar olunaraq götürülüb. A. Quliyevdən 0,216 qram, R.Rüstəmovdan isə 0,212 narkotik vasitə olan heroin aşkarlanıb.
XS
SM
MD
LG