Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:58

Cənubi Koreya Şimali Koreyanı ittiham edir


Cənubi Koreya rəsmən bəyan edib ki, onun hərbi gəmisinin mart ayında Sarı dənizdə batmasına səbəb Şimali Koreyanın sualtı gəmisinin buraxdığı torpedo olub. Rəsmi Seul bu barədə təkzibedilməz sübutların olduğunu bildirib.

Hadisə nəticəsində 46 matros həlak olmuşdu. Vaşinqton Seulun Pxenyana qarşı ittihamını dəstəkləyərək, Şimali Koreyanın bu hərəkətini “təcavüz aktı” kimi qiymətləndirib. Rəsmi Pxenyan isə bu ittihamı təkzib edərək bəyan edib ki, əgər onu cəzalandırmağa və ya ona yeni sanksiyalar tətbiq etməyə səy göstərsələr, buna müharibə ilə cavab verəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG