Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:44

Obama ilə Ərdoğan arasında telefon danışığı olub


ABŞ prezidenti Barak Obama ilə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

Obama Ərdoğana bildirib ki, Türkiyə və Braziliyanın vasitəçiliyi ilə İranın nüvə proqramına dair saziş imzalanmasına baxmayaraq, Vaşinqton Tehrana qarşı yeni sanksiyaların tətbiqi üçün səylərini davam etdirəcək.

ABŞ prezidenti deyib ki, İranın nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətdə narahatlıq qalmaqdadır və sazişdən sonra belə, Tehranın uranı zənginləşdirməyə davam edəcəyini açıqlaması etimad mühitinin yaranmasına imkan vermir.

Obama administrasiyası İrana qarşı yeni sanksiyaları nəzərdə tutan qətnamə layihəsini mayın 18-də BMT-nin Təhlükəsizlik Şurasına təqdim edib.
XS
SM
MD
LG