Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:19

Avropa Parlamenti Belarusdakı vəziyyətdən narahatdır


Avropa Parlamentinin sədri Eji Buzek Belarusda müxalifətin təqib olunmasından dərin narahatlıq bildirib.

Buzek mayın 19-da bəyanat yayaraq Belarusun hakim dairələrini təcili müxalifət fəallarına hədə-qorğu gəlinməsi və ölkədə təqiblərə spn qoymağa çağırıb.

Belarus polisi ötən bazar ertəsi “Düzünü de” vətəndaş kampaniyasının ofisi və üzvlərinin evində axtarış aparıb.

Reyd zamanı onlarla şəhərdə 20-dən çox adam saxlanıb.

Həmçinin kampaniyanın lideri Vladimir Neklyaev həbs olunub.

O prezidentlik uğrunda mübarizə aparmaq fikrindədir.
XS
SM
MD
LG