Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:37
«Hələ ki təbii fəlakətdən əziyyət çəkən rayonlarda abituriyentlərin sənəd qəbulu ilə bağlı problem ortaya çıxmayıb. Əgər hər hansı bir problem ortaya çıxarsa, biz dərhal bunu aradan qaldırmağa çalışacağıq».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə deyib. O bildirib ki, təbii fəlakət zonasında problem ortaya çıxarsa, orada səyyar bir komissiyanın fəaliyyətə başlaması mümkündür.

Veriliş ərzində abituriyentlərin suallarını cavablandıran TQDK rəsmisi deyib ki, ötən illə müqayisədə bu il sənəd verən abituriyentlərin sayı daha çoxdur:

«Bu günə qədər 76664 abituriyent sənədlərini TQDK-ya təqdim edib».

Qeyd edək ki, sənəd qəbulu mayın 30-dək davam edəcək. Ali məktəblərə qəbul üçün 30810 plan yeri ayrıldığını abituriyentlərin diqqətinə çatdıran Elnur Nağızadə deyib ki, mayın 30-da və iyunun 6-da abituriyentlər üçün son sınaq imtahanları keçiriləcək.

Dinləyicinin «Prezident Aparatından tapşırsalar, hüquq fakültəsinə qəbul edərsinizmi» sualına cavab verərkən Elnur Nağıyev deyib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası heç bir tapşırıqla işləmir.

Şərhləri göstər

XS
SM
MD
LG