Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:25

Bu gün Qırğızıstandakı toqquşmada 2 nəfər ölüb


Qırğızıstanın Calalabad şəhərində baş vermiş toqquşmada 2 nəfər ölüb, 60-dan çox adamsa yaralanıb.

Yaralılardan ikisinin ağır vəziyyətdə olduğu xəbər verilir.

5 minə yaxanın adam özbək diasporunun tikdirdiyi Dostluq Universitetinə hücum edərək pəncərələri sındırmağa başlayıblar.

Polis kütləni dağıtmaq üçün havaya atəş açmalı olub.

Nümayişçilər yerli özbək icmasının lideri Kadırcan Batırovun məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Onlar Batırovu şəhərdə yerli qırğız və özbəklər arasında baş verən toqquşmaların təşkilində ittiham edirlər.





Günün bütün mövzuları

XS
SM
MD
LG