Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:14

"AZAL" a ziyan vuran fırıldaqçılar cəza aldı


Mayın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə AzAL”a ziyan vurmaqda ittiham olunan Azərbaycan və Nigeriya vətəndaşlarına hökm oxunub.

Onlar internet vasitəsi ilə AzAL-ın kompüter mərkəzinə müdaxilə edərək şirkətə 100 min manata yaxın ziyan vurublar.

Azərbaycan vətəndaşları – Vaqif Mirzəzadə 10 , Əhliman Məmmədov 8 il 6 ay , Elyar Qocazadə 7 , Azərbaycanda müğənnilik edən Nigeriya vətəndaşı Mutiu Olovu Olanlevaju isə 7 il müddətinə azadlıqdan məhrum olunublar.

Təqsirləndirilənlər digər şəxslər Ata Abdullayevlə Səidə Məmmədova 7 , Tahir Əmirquliyevin, Şəmsəddin Abdurrəhmanov və Nazim Həsənov isə 4 il şərti cəza alıblar. Murad Mahmudov isə min manat məbləğində cərimə olunub.

Məlum olub, bu şəxslər “AzAL”-ın kompüter mərkəzinə daxil olaraq, ABŞ və digər xarici ölkə vətəndaşlarına məxsus kredit kartlarından qanunsuz istifadə edərək internetlə ödənişlər edib, müxtəlif marşrutlar üzrə elektron avia-biletlər əldə edib və bu biletləri real dəyərindən ucuz qiymətə, nağd pula digər şəxslərə satıblar.


Günün bütün mövzuları

XS
SM
MD
LG