Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:21

Həbsdə olan iranlı rejissor aclıq aksiyasına başlayıb


Həbsdə olan iranlı rejissor Cəfər Pənahi aclıq aksiyasına başlayıb. O, saxlandığı Evin həbsxanasının cərimə kamerasına salınmasına etiraz edir. Pənahinin həyat yoldaşının dediyinə görə, əri vəkil, ailəsi ilə görüş tələb edir. Məhkəməyə qədər azad olunmasını istəyir.

Cəfər Pənahi martda həbs edilib. O müxalifət lideri Mirhüseyn Musəvinin qatı tərəfdarlarındandır. Rejissorun həbsi onun Kann film festivalında münsif kimi iştirak etməsini də əngəlləyib.

XS
SM
MD
LG