Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:55

Saatlı və Sabirabadda vəziyyət ağırdır


Sabirabad rayonunda Kür və Araz çayları boyu kəndlərdə vəziyyət ağırdır. Dünəndən isə ən ağır vəziyyət Əlicanlı, Muradbəyli və Çığırqan kəndlərində yaranıb. Kür artıq Muradbəyli və Çığırqan kəndləri ərazisində birinci bəndi yıxıb, hazırda ikinci ehtiyat bəndin bərkidilməsi işləri aparılır. Əlican kəndində isə bu saatlarda birinci bəndin möhkəmləndirilməsi üçün qüvvələr səfərbər edilib.

Saatlı rayonunun Sarısu gölündə və Araz çayında suyun səviyyəsi artmaqda davam edir. Hazirda həm göldə, həm də çayda bəndlərin dağılması təhlükəsi böhranlı həddə çatıb. Rayon əhalisi bəndlərin bərkidilməsi işlərinə səfərbər edilib. Bu barədə Turan-a Saatlı rayon sakini Şamil Hacıyev bildirib. Onun sözlərinə görə, Sarısu gölü ətrafında Məzrəli, Hacıqasımlı, Kamallı, Naharlı, Araz çayı boyunca isə Novruzlu, Nərimankənd, Dəlilər, Mustafabəyli, qıraqlı kəndləri subasma təhlükəsi ilə üzbəüz qalıb.

XS
SM
MD
LG