Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:34
Baş nazirin müavini, xalq yazıçısı Elçinin “Yeni Azərbaycan” qəzetinə müsahibəsindən parçalar...

“Nobel ali bədii-estetik meyar deyil”

- Ötən əsrin 60-cı illərində də “Nobel” kəlməsi belə dəbdəydi?

- “Nobel”lə bağlı 60-cı illərlə bu günün fərqi ondadır ki, o illərdə Nobel mükafatı almış əsərləri axtarıb, tapıb, oxuyurdular. Bu gün isə həmin əsərlərdən xəbəri olmayanlar Nobel mükafatı almadığı üçün tənə ilə ədəbiyyatımız haqqında səviyyəsiz yazılar yazırlar.

Əlbəttə, Nobel mükafatı çox şərəfli bir mükafatdır, amma heç vəchlə ali bədii-estetik meyar deyil. 1901-ci ildə ilk Nobel mükafatını Lev Tolstoy yox, Sülli Prüdom aldı.

Dediyim o tənəli və səviyyəsiz yazıların müəllifləri bu yazıçının adını eşidiblərmi? Qara təsginlik ondadır ki, onların heç Lev Tolstoydan da xəbərləri yoxdur. Tolstoyun, eləcə də, Anton Çexov kimi bir dramaturqun sağlığında sonrakı Nobel mükafatlarını alman Mommzen, ispan Mistral və Eysagirre, italyan Karduççi və b. aldı.

Bu gün onları yalnız mütəxəssislər tanıyır. Böyük rus yazıçıları var ki, (Qorki, Paustovski, Bulqakov, Platonov, Svetayeva, Qorssman və b.) sırf bədiiyyat baxımından, elə bilirəm ki, Soljenitsinlə müqayisədə qətiyyən uduzmurlar, hətta əksinədir, amma onlar Nobeldən kənarda qaldılar.

Orhan Pamuk Nobeli aldı, yaxşı da elədi və bu şəxsən məni çox fərəhləndirir, amma dəfələrlə bu mükafata nominant olan Yaşar Kamal kimi böyük yazıçı elə nominant kimi də qaldı.

Bu tipli çox misal gətirmək olar... Təkrar edirəm, Nobel mükafatı çox şərəflidir, ancaq bu və ya digər səbəblərə görə Nobeldən kənar qalmış böyük ədəbiyyat da mövcuddur.

“Vaxt lazımdır”

- Ədəbiyyat bütün dövrlərdə tarixin çağırışlarına cavab verir. Bugünkü cəmiyyətin çağırışları necə, Azərbaycan ədəbiyyatında öz əksini tapa bilirmi?

- Bu, maraqlı sualdır. Ancaq gəlin görək, sizin dediyiniz həmin “bugünkü cəmiyyətin” neçə yaşı var? Böyük bir imperiya dağıldı. Azərbaycan öz müstəqilliyini bərpa etdi.

Özünü doğrultmayan sovet sistemi bazar iqtisadiyyatı ilə əvəz olundu. Cəmiyyətdə böyük, son dərəcə mürəkkəb və ziddiyyətli dəyişmə prosesi başladı. Bu prosesin iyirmi yaşı var, elə deyilmi?

İyirmi il ədəbiyyat üçün kiçik zaman göstəricisidir. Bu prosesi bədii təxəyyülün materialına çevirmək üçün vaxt lazımdır.

"Real və tarixi dövlət xadimi"

- Az qala bir əsri əhatə edən zaman kəsiyində çox böyük tarixi proseslər baş verib və Azərbaycan üçün bu proseslərin bir baş qəhrəmanı var: Ümummilli lider Heydər Əliyev.

Ulu öndər Heydər Əliyev Azərbaycan ədəbiyyatı üçün kimdir? Azərbaycan ədəbiyyatının hamisi, yoxsa bu ədəbiyyat var olana qədər müraciət ediləcək real qəhrəman?


- Heydər Əliyev Azərbaycan ədəbiyyatının hamisi idi və bu, aydın məsələdir.

Ancaq eyni zamanda, bu da şəksizdir ki, Heydər Əliyev öz şəxsiyyətinin və fəaliyyətinin nəhəng miqyasına və Azərbaycan xalqının taleyində oynadığı müstəsna rola görə, həm də bu xalqın ədəbiyyatının qəhrəmanı olacaq real və tarixi dövlət xadimidir.

Azərbaycan ədəbiyyatı Onun şəxsiyyətinə çox müraciət edəcək, mənim buna heç bir şübhəm yoxdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG