Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:57

ABŞ, Rusiya və Çin ilkin mətni razılaşdırdı


İran, Türkiyə və Braziliya rəhbərlərinin nüvə razılaşması sevinci, Tehran, 17 may 2010
İran, Türkiyə və Braziliya rəhbərlərinin nüvə razılaşması sevinci, Tehran, 17 may 2010
ABŞ, Rusiya və Çin İrana qarşı yeni sanksiyanın mətnini razılaşdırıblar. Bu barədə ABŞ Dövlət Katibi Hillari Klinton mayın 18-də məlumat verib.

Klinton ABŞ Senatında Xarici Əlaqələr Komitəsində çıxışında bildirib ki, sənəd tezliklə BMT Təhülkəsizlik Şurasına təqdim ediləcək:

- Biz Rusiya və Çinlə birgə iş nəticəsində güclü bir saknskiya mətni hazırlanmasına nail olmuşuq. Sənəd bu gün Təhlükəsizlik Şurasına təqdim ediləcək.

Bundan iki gün əvvəl İran, Türkiyə və Braziliya Tehranın nüvə proqramına dair razılaşma imzalamışdı. Sənədə əsasən, İran Türkiyəyə 1200 kiloqram 20 faiz zənginləşdirilmiş uran göndərəcək. Əvəzində isə 1 il ərzində Beynəlxalq Atom Enerjisi agentliyindən 120 kiloqram hazır nüvə yanacağı alacaq.

Bundan əvvəl Tehran BMT Təhlükəsizlik Şurasının üzvləri ilə apardığı danışıqlarda hazır nüvə yanacağını kənardan almaq təklifini qəbul etmirdi.

Türkiyə öhdəlik götürüb ki, əgər bir il ərzində İran hazır nüvə yanacağı almazsa, Tehrandan aldığı uranı geri verəcək.

Mayın 18-də Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu böyük dövlətlərə müraciət edərək həmin razılaşmanının təhlükə altına düşməməsi üçün İrana qarşı sanksiyalar barədə danışıqların dayandırılmasına çağırmışdı.

Beynəlxalq Atom Enerjisi Agentliyi isə bu gün bildirmişdi ki, Tehran uran razılaşmasını yazılı şəkildə təqdim etməlidir. Agentlikdən bildiriblər ki, İranın Braziliya və Türkiyə ilə razılaşması barədə birgə bəyanatını alıblar, ancaq indi Tehranın razılaşmaya uyğun hərəkət edəcəyinə dair «yazılı bildirişini» verməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG