Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:38

Fransa da iranlı məhbusu azad etdi


Fransa İranın keçmiş baş nazirini qətlə yetirən adamı mayın 18-də azadlığa buraxıb. Bundan iki gün əvvəl İran da casusluqda ittiham edərək həbsdə saxladığı fransalı qadın müəllimi azad etmişdi.

Fransa məhkəməsinin bu gün azad etdiyi Əli Vəkili Rad Şah zamanında İranın baş naziri olmuş və sonradan Fransaya qaçmış Şapur Bəxtiyarı 1991-ci ildə evində qətlə yetirməkdə ittiham edilərək ömürülük azadlıqdan məhrum edilmişdi.

Raddan iki həftə əvvəl Fransa məhkəməsi daha bir iranlı məhbusu azad etmişdi. Bu da Tehranda həbs edilmiş Fransız dili müəlliməsinin azad edilməsi üstündə Tehranla Paris arasında hansısa sövdələşmə olması barədə söz-söhbət yaratmışdı. Amma hər iki ölkədə rəsmilər belə bir sövdələşmənin olmasını inkar edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG