Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:48

18 mülki sakin, altı NATO əsgəri həlak olub


Mayın 18-də Kabulda intiharçının törətdiyi partlayışda həlak olan 18 nəfərdən 12-i mülki sakin, altısı NATO əsgəridir. Həlak olan əsgərlərin də beşi ABŞ hərbi qulluqçularıdır.

Bu barədə NATO məlumat verib. Əfqanıstanın Daxili İşlər Nazirliyi 47 mülki sakinin də yaralandığını bildirib. Yaralıların çox partlayışın baş verdiyi ərazidən keçən dolu avtobusun sərnişinləridir.

İntiharçı bomba yüklü maşını NATO əsgərlərinin keçdiyi yolda partladıb. Bu həm də parlament və başqa hökumət binalarının yerləşdiyi ərazidir.
Partlayışa görə məsuliyyəti Taliban öz üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG