Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:30

Xadarkovski aclıq aksiyasına başlayıb


Rusiyada həbsdə olan neft zəngini Mixail Xadarkovski aclıq aksiyasına başladığını elan edib. O, məhkəmələrin iqtisadi cinayətlərdə ittiham olunan adamların məhkəmədən əvvəlki dövrdə həbsdə saxlanmasını qadağan edən qanuna qarşı çıxmasına diqqət çəkdiyini deyir.

Həmin qanunun təşəbbüskarı prezident Medvedevdir. Prezident hesab edirdi ki, polis və başqa hüuquq-mühafizə orqanları iş adamlarını hansısa cinayətdə ittiham edərək həbsə atır, uzun müddət istintaq adı ilə onlardan rüşvət tələb edirlər. Ona görə də yeni qanunda iqtisadi cinayətlərdə ittiham olunanların məhkəmədən əvvəl həbsi qadağan edilir.

İndi Xadarkovski iddia edir ki, Rusiya məhkəmələri bu qanunun işləməsinə mane olurlar. Onun vəkili bildirib ki, vəziyyət haqqında prezident Medvedevə məlumat verilənə qədər aclıq aksiyasını davam etdirəcək.

Keçmiş Yukos neft şirkətinin rəhbəri olan Mixail Xadarkovski 2003-cü ildə vergi cinayətlərində ittiham olunaraq səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Bu yaxınlarda isə ona mənimsəmə ittihamı da elan edilib. Bu ittiham sübut olunsa, Xadarkovskinin azadlıqdan məhrumetmə müddəti bir qədər artırıla bilər.

Tərəfdarları Xadarkovskiyə qarşı bütün ittihamların siyasi mahiyyətli olduğunu deyirlər.
XS
SM
MD
LG