Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 15:02

Araz su anbarında da artım var


Naxçıvan Muxtar Respublika ərazisindəki Araz su anbarına da normadan xeyli artıq su yığılıb. Səbəb Araz çayında suyun səviyyəsinin artmasıdır.

Hazırda anbarda suyun səviyyəsi 1 milyard 294 milyon kubmetrədək qalxıb. Bu hədd normal olaraq 1 milyard 254 milyon kubmetr olmalıdır.

Araz su elektrik stansiyasından AzadlıqRadiosuna verilən məlumata görə, su anbarına saniyədə 777 kubmetr su daxil olur. Sel və daşqınların baş verməməsi üçün anbarın qapılarından buraxılan suyun həcmi də xeyli artıb. Bir neçə gündür anbarının qapılarından saniyədə 777 kubmetr su buraxılır ki, bu da Kür çayında suyun səviyyəsinin artmasına səbəb olur.

Mütəxəssislərin fikrincə, əgər su anbara daxil olduğu həcmdə xaric edilməzsə aran rayonlarında baş verən daşqınlardan da ağır nəticələr Naxçıvan MR ərazisində də ola bilər.

Araz su elektrik stansiyasından onu da bildirirlər ki, anbara yığılan və xaric olunan suyun həcmi barədə mütəmati olaraq Bakıda aidiyyatı olan orqanlara məlumatlar verilir.

Naxçıvan MR Energetika Agentliyindən verilən digər məlumata, görə çaylarda suyun səviyyəsinin qalxmasına baxmayaraq Ordubad rayonunda Gilançay üzərində inşa edilən 20 meqavat gücündəki su elektrik stansiyasının tikintisi dayandırılmayıb.
XS
SM
MD
LG