Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:57

Türkiyə İrana qarşı sanksiya danışıqlarını dayandırmağa çağırır


Türkiyə İrana qarşı yeni sanksiyalar barədə danışıqları gündəlikdən çıxarmağa çağırır. Xarici İşlər naziri Ahmet Davudoğlu mayın 18-də bildirib ki, Qərb dövlətləri sanksiyalar barədə danışıqları davam etdirməklə nüvə yanacağının kənardan alınmasına dair yeni Türkiyə-İran-Braziliya sazişini təhlükəyə atmamalıdırlar.

Bugünlər imzalanan sazişə görə İran özünün zəif zənginləşdirilmiş uranını Türkiyəyə verir, əvəzində isə Beynəlxalq Atom Enerjisi Agentliyindən hazır nüvə yanacağı alır. Əvvəllər Tehran nüvə yanacağını kənardan almaq təkliflərini qəbul etmirdi. Amma indi Qərbdə belə narahatlıqlar var ki, bu razılaşma ilə İran özünün nüvə zənginləşdirmək proqramını dayandırmır.

ABŞ bildirib ki, BMT-nin İrana qarşı yeni sanksiyalarının qəbul edilməsinə dair danışıqlarını dayandırmayacaq.

Beynəlxalq Atom Enerjisi Agentliyi isə hələ Tehrandan yeni razılaşma barədə “yazılı bildiriş” gözləyir.
XS
SM
MD
LG