Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 00:32

Əfqanıstan partlayışda azı 12 dinc sakin ölüb


Əfqanıstan paytaxtında bu səhər baş verən partlayışda azı 12 dinc sakin ölüb. Kamikadze minalanmış maşını adamla dolu avtobusun yaxınlığında işə salıb.

Daxili işlər naziri bildirib ki, partlayışda 47 nəfər xəsarət alıb. Ölən və yaralananların əksəriyyəti hadisə vaxtı avtobusda olan sərnişinlərdir.

Hadisə zamanı 5 ABŞ vətəndaşı da ölüb. Onların hərbçi olduğu güman olunur.

Hadisəyə görə məsuliyyəti Taliban öz üzərinə götürüb.
XS
SM
MD
LG