Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:28
Mayın 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Dövlət Neft Akademiyasında (ADNA) ötən ilin aprel ayında baş vermiş qətliamla bağlı məhkəmə prosesi davam edib. Məhkəmə iclasında şahidlər dindirilib.

Əvvəlcə ADNA-nın dosenti Namət Paşayevin ifadəsi dinlənilib. Namət Paşayev ifadəsində göstərib ki, hadisə baş verərkən auditoriyada dərs keçirmiş. Atəş səslərinə dəhlizə çıxıb və əlisilahlı şəxsin qarşısına çıxana atəş aça-aça dəhlizdə irəlilədiyini görüb.

Sonra akademiyanın tələbələri Tural Abbaslı, İran vətəndaşı Əhməd Zamanlı dindirilib.

Təqsirləndirilən şəxslər məhkəmədən iş üzrə sifarişçi kimi keçən və barəsində axtarış elan olunduğu bildirilən Mardun Qumaşyanın məhkəməyə gətirilməsini tələb ediblər. Cavidan Əmirov məhkəməyə deyib ki:

«Qəzetlər yazır ki, həmin erməni Gürcüstandadır, azadlıqda gəzir özü üçün. Mardunu gətizdirin. Bir ildir ki, ona görə nahaqdan həbsdəyik».

Sonra hakim elan edib ki, şahidlərin bir qismi Gürcüstanda yaşayır və onların məhkəməyə gətirilmələri üçün mayın 21-dək fasilə elan edib.

Ötən il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxs binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə «Makarov» tipli tapançadan atəş açmaqla 12 nəfəri qətlə yetirib. Sonra həmin silahla özünü vurub. İstintaq orqanı hadisəni törədən şəxsin Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğunu müəyyən edib. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq məhkəmə qarşısına çıxarılıblar. Onlar ittihamları qəbul etmirlər və bu cinayətdən xəbərsiz olduqlarını deyirlər.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Şərhləri göstər

XS
SM
MD
LG