Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:30

Qatarların hərəkəti dayanıb


Cənub rayonlarına gedən dəmiryolu Kür çayının daşmasına görə Salyan ərazisində kəsilib.

Aprelin 9-dan etibarən cənub istiqamətində qatarların hərəkəti dayandırılıb. Astara dəmiryolu idarəsindən AzadlıqRadiosuna bildiriblər ki, dəmiryolu xəttinin bərpa olunmasını gözləyirlər.

Tranzit yüklərin son stansiyası Astara hesab olunur. Astaraya aid 50 yük vaqonu Şirvandadır. Gün ərzində təkcə Astara stansiyası 10-11 min manat vəsait itirir.

Dəmiryolunun bir həftədən sonra bərpa olunacağı bildirilir.
XS
SM
MD
LG