Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:56

Ya­şı­mız bo­yu gö­zü­mü­zün qa­ba­ğın­dan çox­lu adam gə­lib ke­çir.

İlk ba­xış­dan bi­zə unu­dul­maz gö­rü­nən adam­la­rın ço­xu­nu özü­müz də bil­mə­dən çox tez unu­du­ruq.

Gör­dük­lə­ri­mi­zin yax­şı­la­rı da olur, ya­man­la­rı da.

Gö­zəl­lə­ri də, gö­zəl ol­ma­yan­la­rı da. Bə­yən­dik­lə­ri­miz də olur, bə­yən­mə­dik­lə­rim də. Sev­dik­lə­ri­miz də, sev­mə­dik­lə­ri­miz də.

Hə­lə-hə­lə unu­da bil­mə­yə­cə­yi­mi­zi dü­şün­dü­yü­müz kim­sə­lə­ri ha­çaq unut­du­ğu­mu­zu be­lə sez­mə­di­yi­miz çağ­lar olur. Eə­lə­cə, özü­müz də bil­mə­dən unu­du­ruq qur­ta­rıb ge­dir.

Göz­lə­mə­yə-göz­lə­mə­yə unut­ma­dıq­la­rı­mız da olur. Sev­di­yi­mi­zə gö­rə? Ola bi­lər. Bə­yən­di­yi­mi­zə gö­rə? Bu da ola­sı iş­di. Bəs bun­lar ol­ma­sa ne­cə?

Qa­baq­lar hə­yə­ti­mi­zə bir xlor­sa­tan qa­dın gə­lər­di. Uca­boy, na­zik­bə­dən, qa­ra­ya­nız bir qa­dın idi. Hər əlin­də on litr­lik bi­don Sum­qa­yıt­dan xlor gə­ti­rib sa­tır­dı. Hər­dən bi­don ye­ri­nə tor­ba­da üst-üs­tə qo­yul­muş üç­ki­lo­luq ba­lon­lar­da gə­ti­rir­di xlo­ru.

Qa­dın hər sə­hər bi­zim so­vet dö­nə­min­dən qal­ma “Le­ninq­rad pro­yek­ti” ev­lə­rin ara­sın­da­kı ba­la­ca mey­dan­ça­da da­ya­nar, dörd bir yan­da­kı bal­kon­la­ra göz gəz­di­rər, sı­xı­la-sı­xı­la səs­lə­nər­di: “Xlor var, xlor!”

Hə­yə­tə baş­qa xlor­sa­tan­lar da gə­lir­di. Ancaq on­lar gəl­di - ge­də­ri­lər idi. Onlar­dan hə­lə-hə­lə xlor alan ol­mur­du. Onlar elə­cə, yo­lüs­tü ki­mi gə­lir, uca­dan “xlor var!” qış­qı­rı­ğı ilə hə­yə­ti do­la­nıb ge­dir­di­lər.

O qa­dın­sa nə­yə gö­rə, bil­mi­rəm, bir­cə bi­zim hə­yə­tə gə­lir, gə­tir­di­yi xlo­ru da nə sa­ta bil­sə bi­zim hə­yət­də sa­tır­dı. Yol­da­şım “gəl­di - ge­dər” ad­lan­dır­dıq­la­rın­dan xlor al­mır, mə­nə də on­lar­dan xlor al­ma­ma­ğı tap­şı­rır­dı. “Onla­rın sat­dı­ğı tə­miz xlor ol­mur”- de­yir­di.

Hər­dən xlor al­ma­ğa o özü ge­dir­di, hər­dən - əlin­də işi olan­da - mə­ni gön­də­rir­di. Hər­dən də gö­rür­dün pən­cə­rə­ni açıb, dör­dün­cü qat­dan üzü­a­şa­ğı ça­ğı­rır: “Ay xlor­sa­tan, bi­zə bir litr (ya iki, üç litr) xlor gə­tir!”

Ara­dan az keç­miş qa­pı as­ta­ca dö­yü­lür­dü. Nə­sə iş gö­rən yol­da­şım be­lə­də qa­pı­ya mə­ni gön­də­rir­di. Qa­pı­nı açır­dım. Qa­dın ye­rə qoy­du­ğu bi­do­nu gös­tə­rə­rək çı­ki­nə-çə­ki­nə, sı­xı­la-sı­xı­la de­yir­di:

- Gə­tir­mi­şəm.

Əlim­də­ki ko­la, ya fan­ta bu­tul­ka­sı­nı, ya da üç ki­lo­luq ba­lo­nu din­məz­cə ona uza­dır­dım. İş bu­tul­ka­lıq olan­da o özü ilə gə­tir­di­yi qı­fı bu­tul­ka­nın ağ­zı­na ke­çi­rib bi­don­dan xlor tö­kür­dü. Ba­lo­na qa­lan­da, elə-elə­cə. Son­ra da al­dı­ğı­mız xlo­run də­yə­ri ola­raq ver­di­yi­miz qə­pik-qu­ru­şu alır, çox bö­yük qa­zanc yi­yə­si ol­muş ki­mi dö­nə-dö­nə “Sağ olun” de­yib ge­dir­di.

Bir gün o özü ilə on üç-on dörd yaş­lı oğ­lu­nu da gə­tir­miş­di. O gün xlo­ru bi­zə oğ­lan gə­tir­di. Onun çə­ki­nə-çə­ki­nə döy­dü­yü qa­pı­nı mən aç­dım. O da ana­sı ki­mi qa­pı ağ­zı­na qoy­du­ğu bi­do­nu gös­tə­rə­rək:

- Gə­tir­mi­şəm, - de­di.

Ver­di­yim ba­lo­nu as­ta-as­ta dol­du­rub, di­kəl­di. Ondan ne­çən­ci si­nif­də oxu­du­ğu­nu so­ruş­dum. Oğlan göz­lə­mə­di­yi so­ru­dan ça­şan ki­mi ol­du. Bir az du­ru­xub, dil­lən­di:

- Altın­cı si­nif­də.

- Dər­sə ni­yə get­mir­sən?

- Ana­ma kö­mək elə­yi­rəm.

- Dərs­dən qa­lan­da mü­əl­lim­lər bir söz de­mir?

Ba­yaq­dan ürək­siz da­nı­şan oğ­lan, nə­dən­sə, ola bil­sin, mə­nim qay­ğı­lı ya­naş­mam­dan ürək­lən­di:

- Düz - əməl­li dərs ke­çir­lər, da­nı­şa­lar da.

- Sən ça­lış yax­şı oğ­lan ol, hər gün dər­sə get, yax­şı oxu.

Oğla­nın qı­rı­şı­ğı açıl­dı, gü­lüm­sün­dü:

- Baş üs­tə!


Yan­var ayı idi. Ba­kı­da hə­lə-hə­lə gö­rün­mə­yən güc­lü qar yağ­mış­dı. Dü­nən ya­ğan qar bi­zim ki­mi qar gör­mə­miş­lə­ri­nə ne­cə se­vinc gə­tir­miş­di­sə, hər yer buz bağ­la­dı­ğın­dan bu gün də elə­cə qor­xu gə­tir­miş­di - buz­lu yol­lar­da yı­xıl­maq qor­xu­su.

İşə ge­dir­dim. Blok­dan ye­ni­cə çıx­mış­dım. Onu beş-on metr ara­lı­da­kı mey­dan­ça­da du­ran gör­düm. O da mə­ni gör­dü, ya­nın­da­kı tor­ba­dan üç­ki­lo­luq ba­lon çı­xa­rıb, mə­nə sa­rı gəl­di. Ha­va şax­ta­lı – sa­zaq­lı, o isə köh­nə, na­zik pal­tar­day­dı. So­yuq­dan bü­züş­müş­dü. Ya­xın­la­şıb do­lu xlor ba­lo­nu­nu mə­nə uzat­dı:

- No­lar, bu ba­lo­nu mən­nən alın, çı­xım ge­dim evi­mə, do­nu­ram.

Onun ba­lon tu­tan arıq əl­lə­ri, üzü, do­daq­la­rı so­yuq­dan göm­göy gö­yər­miş­di. Yal­va­rı­cı ba­xış­lar­la ba­xıb du­rur­du. Bəl­kə də, yox­luq üzün­dən özüm­dən ası­lı ol­ma­dan:

- İşə ge­di­rəm, - de­dim.

O isə gi­ley­li-gi­ley­li dil­lən­di:

- Za­vod­da bi­zə pul ver­mir­lər, “pul yox­du”de­yir­lər, əmək haq­qı ye­ri­nə xlor ve­rir­lər. – Bir az dur­du, köks ötü­rüb de­di: - Xlor sa­tıb, çö­rək­pu­lu qa­za­nı­rıq, ba­la ba­şı sax­la­yı­rıq.

Əli­mi ci­bi­mə sa­lıb, yol pu­lun­dan baş­qa olan pu­lu­mu ona uzat­dım:

- Apa­rın evə.


Axşam iş­dən qa­yı­dan­da yol­da­şım mə­ni acıq­lı qar­şı­la­dı:

- O xlo­ru ni­yə al­mı­san?

- İndi­yə­cən ni­yə al­mı­şıq?

- İndi­yə­cən ol­ma­yan­da al­mı­şıq, in­di ola-ola.

- So­yuq­dan do­nur­du, qa­ba­ğı­mı kəs­di, ya­zı­ğım gəl­di, al­dım.

Bu­nun­la onun qa­dın ürə­yi­nin yum­şa­la­ca­ğı­nı, be­lə­lik­lə, mən­dən əl çə­kə­cə­yi­ni dü­şü­nür­düm, an­caq tər­si­nə ol­du; o, bir az da ar­tıq acıq­lan­dı:

- Ni­yə “mer­se­des”li - pul­lu ki­şi­lə­rin qa­ba­ğı­nı kəs­mir, sə­nin qa­ba­ğı­nı kə­sir? Özü­müz ha­mı­dan yox­su­luq, ha­mı­ya ya­zı­ğın gə­lir. Ha­mı da sə­ni al­da­dır. Alla­hın xlor­sa­ta­nı da!

- Yax­şı də, - mən də acıq­lan­dım, - çox bö­yük iş olub, bir ba­lon xlor­du, iş­lə­də­cək­sən...

- İşlə­də­cək­sən, - mə­ni yam­sı­la­dı, - sra­ğa­gün al­mı­şam, bir də on gün­dən son­ra ala­caq­dım. Özü­müz çö­rək­pu­lu tap­mı­rıq, baş­qa­la­rı­na ya­zı­ğın gə­lir – mə­ni yan­dı­ran bu­du! Adlı-san­lı jur­na­list­sən, do­la­nı­şı­ğı­mı­za, ev-eşi­yi­mi­zə bax, gör nə gün­də ya­şa­yı­rıq! Sə­nin nə ve­ci­nə, evə gə­lən­lər­dən mən uta­nı­ram. – Bir­dən o da­yan­dı, üzü­mə acıq­lı-acıq­lı ba­xıb so­ruş­du: - Sən bi­lir­sən qon­şu­lar on­dan nə da­nı­şır­lar?

Tu­tul­dum, bir cür ol­dum: “Gö­rə­sən, onun nə pis işi var, qon­şu­lar onun­la bağ­lı nə bi­lir­lər?” – ürə­yim­dən ke­çir­dim. Son­ra da az qa­la qor­xa-qor­xa so­ruş­dum:

- Nə da­nı­şır­lar?

O, bö­yük bir giz­li­nin üs­tü­nü açır­mış ki­mi de­di:

- De­yir­lər, əri iş­lə­mir, əri­ni, uşaq­la­rı­nı - bü­tün ai­lə­ni o do­lan­dı­rır. Hə­lə üs­tə­lik Sum­qa­yıt­da ev də tik­di­rir.

Eşit­dik­lə­rim­dən xey­li yün­gül­ləş­dim.

- Bur­da pis nə var, - de­dim, - nə boy­da çə­tin­lik­lə, özü də ha­lal yol­la ai­lə­si­ni do­lan­dı­rır.

- Do­lan­dı­rır, do­lan­dı­rır! Ha­mı ai­lə­si­ni do­lan­dı­rır, bir­cə sən­dən baş­qa.

- Mən jur­na­lis­təm, xlor­sa­tan de­yi­ləm. Nə­yi ba­ca­rı­ram, onu da elə­yi­rəm.

Bi­zim aya­qüs­tü di­a­lo­qu­muz bur­da bit­di - ən azı bir gün­lük kü­sü­lü­lü­yə nə­dən ola­caq di­a­lo­qu­muz.

“İşsiz­lik, iş­siz­lik,- dü­şü­nür­düm,- iş­siz­lik ki­şi­lə­ri ki­şi­lik­dən sa­lır. Ki­şi­lər ki­şi­lik­dən düş­dük­cə, Ölkə ölür. Ye­ral­tı, ye­rüs­tü var-ya­tır­la bir be­lə zən­gin öl­kə­də iş­siz­lik ol­ma­ma­lı­dır. Olur, özü də ne­cə! Gö­rü­nür, kim­lə­rə­sə be­lə gə­rək­dir...”


O çağ­dan bir ne­çə ay keç­miş­di. Ara­da xlor­sa­tan qa­dın gö­rün­məz ol­du. Üç gün, beş gün...bir həf­tə son­ra onun in­di­yə­dək dur­du­ğu yer­də uzun, arıq bir qo­ca­nın dur­du­ğu­nu gör­dük. Elə bil bu qo­ca­nı o qa­dı­nın ye­ri­nə gön­dər­miş­di­lər: bu da o qa­dın ki­mi uta­na-uta­na, sı­xı­la-sı­xı­la səs­lə­nir­di: “Xlor var, xlor!”


Qo­ca, qa­dın­la bir yer­də - bir za­vod­da iş­lə­yir­miş, üs­tə­lik də qon­şu olub­lar.

- Zə­ma­nə­nin üzü qa­ra ol­sun, - de­yir­di qo­ca, - ai­lə­nin bü­tün yü­kü­nü – ağır­lı­ğı­nı o çə­kir­di. Hey de­yir­di : “Bu uşaq­la­rı bir ye­rə çı­xa­ra bil­səy­dim, dər­dim ol­maz­dı”. Dərd bir de­yil, beş de­yil. Ürək döz­mür. Ge­cə ya­tıb, dur­ma­yıb. Rəh­mət­lik çox yax­şı qa­dın idi, gö­zəl ürə­yi var­dı. Qar­da­şı­nı Qa­ra­bağ­da er­mə­ni­lər öl­dür­müş­dü. Otu­rub - du­rub qar­da­şın­dan da­nı­şır­dı. “Mə­ni ən çox yan­dı­ran,- de­yir­di,- qar­da­şı­mın öz tor­pa­ğı­mız­da, qa­pı­mı­zın ağ­zın­da­ca öl­dü­rül­mə­yi­di”.


O qa­dın tə­ki o qo­ca da xlo­ra su qat­mır. İndi ha­mı xlo­ru on­dan alır.

- Nə yax­şı, biz­də hə­lə bu cür düz­gün adam­lar var! – qon­şu­lar de­yir­lər.

Günün bütün mövzuları

XS
SM
MD
LG