Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:44

«Bu, sərbəst toplaşmaq azadlığının pozulması deyil»


«Sərbəst toplaşma azadlığı haqqında qanun həm Venesiya Komissiyası, həm də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Komitəsinin ekspertizasından dəfələrlə keçib və dəfələrlə müsbət rəylər alınıb. Sərbəst toplaşmaq azadlığı məhz bu qanunla tənzimlənir. Bu qanuna görə tədbirin keçirilməsi şəhər və rayon icra hakimiyyəti ilə razılaşdırılmalıdır. Bu qanuna riayət olunursa, bu, sərbəst toplaşmaq azadlığının pozulması deyil. Ona görə ki, Bakı şəhər icra hakimiyyətinin toplantıya icazə verib-verməməsi ilə bağlı kifayət qədər arqumentləri var».

Prezident Administrasiyasının qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Ş. Əliyev bunu deyib.

O əlavə edib ki, iqtidarla müxalifət arasında dialoq mühiti var və bu gün ATƏT-in təşəbbüsü ilə birgə müzakirələr də aparılıb.

Hakimiyyətin təşəbbüsü ilə dialoqun nəzərdə tutulub-tutulmamağına gəldikdə, şöbə müdiri bildirib ki, müxalifət dialoqla bağlı Azərbaycan hökumətinə müraciət etməyib:

«Əgər konstruktiv bir təklif olarsa, hökumət həmişə hər bir siyasi qüvvə ilə dialoqa hazırdır. Seçki ilə bağlı müxalifətlə bəlkə də on ildən artıqdır ki, dialoq gedir və bu dialoq davam etdirilir». /APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG