Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:11

BMT agentliyi İrandan yazılı razılaşma istəyir


BMT–nin nüvə agentliyi istəyir ki, İran uran razılaşmasını yazılı şəkildə təqdim etsin.

Atom Enerjisi Agentliyi bildirib ki, İranın Braziliya və Türkiyə ilə razılaşması barədə birgə bəyanatını alıb, ancaq indi Tehranın razılaşmaya uyğun hərəkət edəcəyinə dair «yazılı bildirişini» istəyir.

Sənədə əsasən, İran Türkiyəyə 1200 kiloqram 20 faiz zənginləşdirilən uran göndərəcək. Əvəzində isə 1 il ərzində Beynəlxalq Atom Enerjisi agentliyindən 120 kiloqram hazır nüvə yanacağı alacaq.

Türkiyə öhdəlik götürüb ki, əgər bir il ərzində İran hazır nüvə yanacağı almazsa, Tehrandan aldığı uranı geri verəcək.

Daha öncə İran BMT Təhlükəsizlik Şurasının üzvləri ilə apardığı danışıqlarda zənginləşdirdiyi uranı hazır nüvə yanacağı ilə dəyişmək təklifini qəbul etməmişdi.

ABŞ və müttəfiqləri son bir neçə ayda BMT-də İrana qarşı daha sərt - 3-cü sanksiyalar paketini qəbul etməyə çalışırlar.
XS
SM
MD
LG