Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:21

ABŞ İranın Türkiyəylə razılaşdırdığı uran mübadiləsi planınından narahatdır


ABŞ İranın Türkiyə və Braziliyayla razılaşdığı uran mübadiləsi planın narahatlıqla qarşılayır.

Ağ Evin sözçüsü Robert Gibs deyib ki, İran nüvə proqramramının ancaq sülh məqsədli olduğuna dünyanı inandırmaq üçün lazım olan bütün addımları atmalıdır.

BMT Baş katibi Ban Ki Munun sözçüsü bildirib ki, sözügedən razılaşma müsbət addımdır, amma Tehran Təhlükəslzik Şurasının qətnamələrini də unutmamalıdır.

Rusiya Prezidenti Dmitri Medvedev deyib ki, planı alqışlayır, ancaq Türkiyə və Braziliyanın vasitəçiliyi ilə əldə edilən razılaşmanın beynəlxalq ictimaiyyəti tam razı salacağına da inanmır.

Braziliya və Türkiyə liderləri ilə Tehrandakı danşşıqlardan sonra İran tərəfi uran mübadiləsi planına razılıq vermişdi.

Sənədə əsasən, İran Türkiyəyə 1200 kiloqram 20 fazi zənginləşdirilən uran göndərəcək. Əvəzində isə 1 il ərzində Beynəlxalq Atom Enerjisi agentliyindən 120 kiloqram hazır nüvə yanacağı alacaq.
Türkiyə öhdəlik götürüb ki, əgər bir il ərzində İran hazır nüvə yanacağı almazsa, Tehjrandan aldığı 1200 kiloqram uranı geri verəcək.

İranın Xarici İşlər Naziri Mənüçöhr Möttəki deyib ki, planın detalları 1 həftə ərzində Beynəlxalq Atom Enerjisi Agentliyinə göndəriləcək.

Avropa Birliyi isə deyib ki, İranın son təlkilifi düzgün istiqamətində atına addımdır, amma, məsələni tam həll eləmir.

Daha öncə İran BMT Təhlükəsilzik Şurasının üzvləri ilə apardığıl danışıqlarda zəngiləşdirdiyi uranı hazır nüvə ynacağı ilə dəyişdirmək təklifini qəbul etməmişdi.

ABŞ və müttəfiqləri son bir neçə ayda BMT-də İrana qarşı daha sərt - 3-cü sanksiyalar paketini qəbul elətdirməyə çalışırlar.
XS
SM
MD
LG