Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:08

Belə fəlakətlərin qarşısını almaq üçün nə etməli?


Sabirabad, 8 may 2010
Sabirabad, 8 may 2010
«Fəlakətlərin qarşısını almaq üçün bütün dağ çaylarının qarşısını kəsmək və su elektrik stansiyaları tikmək lazımdır».

Bunu «İşdən sonra»da «Fövqəl» Assosiasiyasının prezidenti Həbib Ocaqov deyib. Mütəxəssisin sözlərinə görə, Kürün səviyyəsinin qalxması ilk dəfə deyil:

«Bundan əvvəllər belə məsələlərə ciddi yanaşılırdı».

Həbib Ocaqov məsləhət görür ki, belə fəlakətlərin qarşısını almaq üçün bütün dağ çaylarının qarşısını kəsmək və su mənbələri yaradaraq, su elektrik stansiyaları tikmək lazımdır:

«Belədə həm torpağımızı qoruyarıq, həm təhlükədən azad olarıq, həm də qazanc əldə edə bilərik».

Verilişin digər qonağı Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova isə bildirib ki, Azərbaycanda təbiətdə baş verən hadisələri qiymətləndirmək strategiyası olmadığından belə hallar yaşanır. Onun sözlərinə görə, ağacların qırılması və bəzi yerlərdə ağac əkilməməsi torpaq sürüşmələrinə gətirib çıxarır.

XS
SM
MD
LG