Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:40

BP ABŞ sahillərində dənizə axıtdığı neftin ancaq 1/5-ni sorur


BP bir neçə kilometr uzunluğundaki yeni boru kəməri vasitəsiylə Meksika körfəzində partlayan kəmərdə qalan nefti sormağa başlayıb. Bu yolla kəmərdən axıdılan ancaq neftin 20 faizinin, gündə min barelinin dənizə axmasının qarşısını almaq mümkün olub.

3 həftə ərzində ilk dəfədir ki, BP dənizin neftlə çirklənməsini heç olmasa azaltmağa nail olur. Bundan əvvəlki cəhdlər heç bir nəticə verməmişdi. Hazırda dənizə axan neft tədricən Luizina sahiləri yaxınlığında yığılmağa davam edir.

Ekspertlər deyirlər ki, ola bilsin ki, əlsində dənizə BP-nin dediyi kimi, gündə 5 min yox, bundan 10 dəfələrlə çox neft axıb.
XS
SM
MD
LG