Rusiya prezidenti Dmitri Medvedevin Ukraynaya iki günlük səfərində əsas məsələlərdən biri «Qazprom»la «Naftoqaz»ın birləşməsi təklifinin müzakirəsidir.
Moskvapərəst kimi tanınan Ukrayna prezidenti Viktor Yanukoviç keçən həftə bu təklifə soyuq və ehtiyatla yanaşdığını gizlətmədi.
Rusiyanın qaz nəhəngi «Qazprom»la Ukraynanın enerji holdinqi «Naftoqaz»ın birləşməsi təklifi Rusiyanın baş naziri Vladimir Putindən gəlir.
Rusiyanın Avropa Birliyinə qaz ixracının 80 faizi Ukrayna vasitəsilə, başqa sözlə, «Naftoqaz» vasitəsilə gedir. «Qazprom»un «Naftoqaz»ı öz nəzarətinə almağı anlaşılandır.
Ancaq Ukrayna «Naftoqaz»ı əlindən verərmi?
YANUKOVİÇ 2 ŞƏRT QOYUR
Yanukoviç keçən həftə dedi ki, bu birləşmə ətrafında istənilən danışığa Avropa Birliyi cəlb olunmalıdır.
Yanukoviçin başqa istəyi – «Qazprom»la «Naftoqaz»ın birləşməsində Ukrayna tərəfinin bərabərhüquqlu olmasıdır. O deyir: «50-50-yə yeganə yoldur».
Ancaq buna Rusiya prezidenti Medvedev razı deyil.
O, Kiyev səfəri ərəfəsində Ukrayna mediasına verdiyi müsahibəsində deyir ki, «Qazprom»un qiyməti aşağı ehtimalla götürəndə 150 milyard, yuxarı ehtimalla 200 milyard dollardır, «Naftoqaz»ın qiyməti aşağıdır. Medvedev işarə edir ki, birləşmədə böyük şirkətin hüququ çox olmalıdır.
Ancaq Rusiya prezidenti onu da deyir ki, indiki vəziyyətdə Ukrayna üçün bu birləşmə məsələsini müzakirə etməyin ağır olduğunu başa düşür və ola bilsin ki, bu birləşmə hələ gündəlikdə durmur. Yəni Rusiya Ukraynanı tələsdirmir.
RUSİYA UKRAYNANI AVROPA BİRLİYİNDƏN ÇƏKİNDİRİR
Medvedevin Ukrayna səfərində müzakirə olunacaq digər əsas məsələlər - aviasiya və nüvə sənayesində əməkdaşlıq, sərhədlərin demarkasiyasıdır.
Ukraynanın Avropa Birliyinə üzvlük istəyi haqda isə Medvedev bildirib ki, Ukrayna ehtiyatlı olmalıdır. O dediyinə səbəb kimi Avropa Birliyindəki iqtisadi problemləri göstərib. Ancaq deyib ki, «Ukrayna xalqı üzvlüyə tərəfdardırsa, bu, sizin seçimdir».