Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:30

Azərbaycan və Türkiyə strateji əməkdaşlıq Şurası yaranacaq


Azərbaycan və Türkiyə strateji əməkdaşlıq Şurası yaranacaq

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda olarkən prezident İlham Əliyevlə bu barədə razılığa gəldiyini deyib.

“Hörmətli prezident [Əliyev] ilə qərar verdiyimiz ən önəmli məsələlərdən biri də yüksək səviyyədə strateji işbirliyi şurasının qurulması ilə bağlı aldığımız qərardır. Həmkarlarımız indi onun hazırlanması üzərində iş aparırlar. İlham Əliyevin İstanbul ziyarəti zamanı imzalarımızı birlikdə atmaq imkanımız olacaq”.

Ərdoğan deyib ki, bu təşəbbüs çox əhatəli olacağı üçün Türkiyə ilə Azərbaycan arasında gələcəyi əhatə edən ən önəmli addım olacaq.

Bununla yanaşı baş nazir xüsusilə iqtisadi sahədə daha fərqli addımlar atmaqla iki ölkə arasındakı münasibətlərin indiki səviyyəsini daha da irəliyə aparmağın vacibliyini vurğulayıb:
“Beynəlxalq iqtisadi böhranda Azərbaycan da güclü çıxan ölkələrdən biri oldu, fürsəti yaxşı dəyərləndirən ölkələrdən biri oldu. Türkiyə də bu böhranı ən az zərərlə atladan ölkələrdən biri idi. Bu mövqeyimiz, inanıram ki, bizi gələcəkdə çox fərqli məqamlara aparacaq,” baş nazir Ərdoğan belə deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG