Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:39

Bəzi özəl klinikalar bağlanıb


Səhiyyə Nazirliyinin əməkdaşları özəl tibb fəaliyyəti ilə məşğul olan bir neçə müəssisədə reydlər keçirib.

Reydlər zamanı bəzi tibb müəssisələrinin xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərmələri, həmin müəssisələrin laboratoriyalarında müxtəlif növ analizlərdə istifadə olunan reaktivlərin əksəriyyətinin son istifadə müddətinin bitdiyi, istifadə olunan tibbi avadanlıq və cihazların müvafiq standartlara cavab vermələri barədə, habelə onların respublikaya idxalına dair müvafiq sənədin olmaması kimi faktlar aşkarlanıb.

Reydlərin nəticəsi olaraq həmin klinikaların fəaliyyətləri dayandırılıb, aşkarlanmış reaktivlər müsadirə edilərək inzibati xətalar məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG