Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:18

Arzu Abdulla "Yurdsuzluq" (Hekayə)


(Evi, yurd yeri acgöz məmurların qurbanına çevrilən, bütün azərbaycanlılara ittihaf edirəm)

...ensiz pəncərədən çölə baxırdı. Gördüyü nə varsa hamısı uzaqda idi. Lap uzaqlarda... lap uzaqlarda... yerində qaxılıb qalmışdı.

Yataqdan qalxmağa qorxurdu, qorxurdu ki... eyni hissləri yaşamaqdan bezmişdi.

Birdən canına üşütmə düşdü. Onların qorxusundan pəncərədən çölə baxa bilmirdi. Onları çox istəyirdi və bu istəyin səbəbini axtarırdı. Bu qara, qapqara qarğaları ona nə bağlayırdı? Bax, bu bağlılıq onu qorxudrdu. Sirli idi, səbəbini tapmırdı ki, tapmırdı.

Hara qaçsın... əşşi cəhənnəm olsun. Yəqin hamısı qocalıqdandı, təklikdəndi...

Özünü qınadı, gör nədən qorxuram, gör nədən qaçıram.

Qalxıb geyinmək istəyəndə yadına düşdü ki bütün paltarları əynindədi. Elə paltarlı yatmışdı. Hətta corabları da ayağındaydı. Bu anda qarısı yadına düşdü. Sağ olsaydı, qoyradımı o, corabla yatsın. Deyirdi ki corabla yatma, pis yuxu görərsən.

Yəqin elə ona görədi axır vaxtlar yaxşı yuxu da görmür.

Keçən il bu evə qovulandan iki gün sonra dünyadan getdi qarı. Elə iri, qara, dərin çuxura batmış gözlərini yerə dikib qalmışdı.

Elə bil divralardan, qapıdan hər şeydən qorxurdu bu evdə. Qorxurdu, baxışlarını qaldırar və bu evi görər. Həmin anda qocanın ağlına gəldi ki, qarının evə bu yadlığı uzun çəkməyəcək. Evlə qarını bir-birindən nəsə ayırcaq.

Ürəyində azacıq ümid işığı da közərdi...o anda da söndü. Ümid ediləsi heç nə qalmamışdı.

...O səhər lap dəhşətli idi. Yuxudan oyananda qarısını yanında yatmış gördü. Əlini uzadıb çağırmaq istəyəndə elə bil daşa toxundu, soyuq bumbuz daşa.
... Adam nə qədər ora- bura qaçar. Bəsdi tay...

Bəs oldu...

Ötən il bu evə qovulandan... yox ondan da qabaq...o biri evə qovulandan.. yox-yox ondan da qabaq....tfu lənət sənə..

Bu qarğalar hara yoxa çıxdı? Qulağına bu dəfə qarğaların səsi lap uzaqdan gəldi. Bu nə qəribə səs idi.

Heç düz-əməlli qarğa səsinə də oxşamırdı. Bu səs ona təkcə qarısının son səsini- o xırıtlı səsini xatılatmırdı. Elə bil bütün ömrünün simfoniyası səslənirdi.

Hə o gecə bu səsə diksinsə də çönüb qarsına baxmamışdı. Niyəliyini indi də ayırdı edə bilmirid.

Hə qarğalar başqa cür qarıldayırlar, sanki qarıldamırlar, xırıldayırdılar. Qəfil ağlına girdi ki, onlar da sabah... ya indi...

Amma bu fikrə sevinmədi. Axı o, sonuncu doğmalrını da ..

Pəncərədən çölə baxdı, yenə yaxınlıqdakı zibllikdə selofonlar göydə uçurdu, hara düşəcəklərini bilmirdilər, bunu külək müəyyənləşdirəcəkdi.

Ötən il evləri “plana düşdü”. Evlərini söküb, yerində kimsə özünə hündürmərtəbəli bina tikəcəkdi.

Hamını qovdular, and içdi ki, heç kəs məni evimdəın çıxara bilməz. Amma qonşular köçrüldükcə tək qaldı...

Yenə sözünə sadiq qaldı, işığın kəsdilər, qaranlıq da vecinə olmadı. Oğul itkisindən ağır deyildi ki...

Qazı kəsdilər, “acından ölmərəm, soyuqdan donmaram” deyib evdə nə var hamısna bürünüb titrəyən vücudunu qızdırmağı da bacardı.
Suyu kəsdilər, yolu keçib uzaq yerdən su daşıdı.

Bir gün onun bu zülmünə də “son qoydular”. Evini buldozerə verəndə oğlunun, müharibədə itkin düşən oğlunun şəkillərini də götürməyə imkan v ermədilər.

...Qarğaların xırıltısı ərşə bülənd olmuşdu. Bədəninə üşütmə düşürdü.

İki il öncə tikilən evin divarlarından su sızırdı. Onu bura gözünün qabağında buldozerlə dağıtdıqları evinin əvəzində vermişdilər. O, evdə əzizlərinin şəkilləri, yadigarları da dağıdılmışdı, nənəsindən qalma qədim xalı ilə birlikdə.

Amma onu bu dəhşətli mənzərəyə baxmaq zülmündən də vaxtında “xilas etmişdilər”. Ona tərəf gələn qızıldiş, yekəqarın polisin alnına vurduğu yumruqdan polis şöbəsində ayılmışdı. Onu yenidən “ağıllandırmışdılar”.

Bu dəfə təzə mənzilində huşu özünə gəlmişdi. Başının üstündə dayanan qarısını görəndə qəfil evi uçrulanda onun harda olduğunu və nə etdiyin xatırlamaq istəsə də bunu bacarmamışdı.

Ürəyi partlayırdı. Axı onu sıxan nədir belə?

Uzaqdan, lap uzaqdan ötən il qəbiristanlıq, qəbir daşları görünürdü, indi qəbiristanlığı da şumlayırdılar. Deyirdilər ki, burda yeni idman kompleksi salacaqlar.
Qarğaların səsi ərşə bülənd olmudu.

Otaqda bankada qalan sudan bir qurtum içdi. Tənbəl-tənbəl çölə çıxdı.

Yenə tikintinin səsi aləmi başına götürmüşdü. Amma başqa səs də qarışmışdı bu guppagupa, taqqataka. Hə, bu “motopila” səsi idi. Yenə ağac kəsirdilər.
Həyətdə qalmış iki sonuncu ağac, hündür, möhtəşəm şam ağcından biri artıq yerdə idi. İkincinin üstündə iş gedirdi.

Bu xırıltı səsi idi...amma hardan gəldiyini bilmirdi. Səsini çıxarıb ağac kəsənə nəsə demək istədi. Ayağına toxunan daş buna imkan vermədi. Az qala yıxılıb qol-qıçını sındıracaqdı.

əyilib ayağına toxunan daşa baxanda dəhşətə gəldi... ölü qarğaları, ətrafa tökülmüş ölü qarğaları sanki indicə gördü. Əyilib onlardan bir –ikisini yerdən götürdü.

Dünən havada cövlan edən, səhər səslərini dəyişən qarğalar artıq daşa dönmüşdü.

Qəfil səhərki xırıltı səsini xatırladı.

Və bu qəfil tapıntı ona ötən ildən bu yana axtardığı başqa bir sirrin qapısını açdı.

İndi bildi, indi bildi qarğaları ona bağlayan nə idi... Yurdsuzluq!..

Qarğalar da onun kimi yurdsuz idi...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG