Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:57

Yalandan "Fənərbaxça çempion" elanını verən şəxsi polis sərbəst buraxıb


Türkiyə futbol çempionatı - Superliqanın son oyununda Fənərbaxça və Trabzonspor komandaları arasındakı oyundan sonra azarkeşlərin öncə sevinməsinə, sonrasa qəzəblənib, stadionu yandırmasına səbəb olan şəxs öncə həbs edilib, sonra sərbəst buraxılıb.

Türkiyə qəzetlərinin yaydığı xəbərlərə gərə, Fənərbaxça stadionun işçisi olan Hakan Bingül son anda eşitdiyi yanlış xəbəri, 1-1 davam edən oyunun sonlarında sevindiyndən elan elədiyini və pis niyyəti olmadığını bildirib.

Mayın 16-dakı bu oyundan sonra Fənərbaxçalı tərəfdarlar stadionda tribunaları yandırıb, sonrasa küçələrdə zorakılıqlar törədiblər.

2009/2010 mövzsümünün çempionu isə öz evində Beşiktaşı 2-1 məğlub edən Bursaspor olub.

Bu cür anons qalmaqalı 1970-71-ci ildə də Fənərbaxçanın başəna gəlmişdi. O vaxt da son oyunda rəqib Qalatasarayın udzuduğunu düşünən Fənərbaxçalı oyunçular çempionluğu bayram eləmişdilər.
XS
SM
MD
LG