Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:41

Məhəmməd peyğəmbərin karikaturasını çəkən rəssam yenə hədəfdə


Vilks
Vilks
İsveç polisi karikaturaçı rəssam Lars Vilksin evini yandırmaqda şübhəli bildiyi iki nəfəri saxlayıb.

Vilks 3 il qabaq Məhəmməd peyğəmbərin karikaturasını çəkəndən sonra radikal islamçıların hədəfinə çevrilib.

Ötən həftənin sonu – cümədən şənbəyə keçən gecə rəssamın evini yandırmağa cəhd olub.

Amma evə atılan yandırıcı maddə dolu şüşələr tezliklə sönüb, yalnız evin fasadı alovdan qaralıb.

Şübhəli qismində saxlananların birinin 21, digərinin isə 19 yaşı var.

Onlar Kosovo əsilli İsveç vətəndaşlarıdır. Hər ikisi ölkənin cənubundakı Landskrona şəhərində yaşayırlar, yanğına cəhd edilən yerin yaxınlığında onlara aid olduğu bildirilən əşyalar tapılıb.

Polisin açıqlamasına görə, saxlananlar əvvəllər məhkum olunmayan şəxslərdir.

Hələ ki onların adları açıqlanmır.

Bu, son bir həftədə rəssama ikinci hücumdur. Bir neçə gün əvvəl Uppsala Universitetində mühazirə deyən zaman bir nəfər ona yumruq zərbələri endirmişdi.

Vilks Frans pressə deyib ki, son hadisəyə aşırı reaksiya vermək istəmir, amma bəzi ehtiyat tədbirləri görməyi planlaşdırır.

“Yəqin ki gündüzlər o evə getsəm də, bir müddət orada yox, başqa yerdə gecələyəcəm”.

2007-ci ildə Vilks İsveçin regional "Nerikes Allehanda" qəzetində söz azadlığının mühümlüyü haqda baş məqaləyə illüstrasiya üçün Məhəmməd peyğəmbərin karikaturalarını çap etdirmişdi.

Bundan sonra bir çox müsəlman ölkələrində bununla bağlı böyük etiraz aksiyaları keçirilmişdi.

Əl-Qaidə təşkilatı rəssamı öldürənə mükafat vəd edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG