Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:14

İran uranı 20 faizlik dərəcəsinə qədər zənginləşdirəcək


İranın xarici işlər nazirliyinin təmsilçisi Ramin Mehmanpərəst mayın 17-də bildirib ki, onun ölkəsi uranın zənginləşdirilməsiylə bağlı planını dəyişməyib.

Onun sözlərinə görə, İran öz ərazisində uranı 20 faizlik dərəcəsinə qədər zənginləşdirilməsiylə məşğul olacaq.

Bu məlumat İran, Braziliya və Türkiyə arasında imzalanan sazişdən sonra verilib. Üç ölkənin razılığına görə, İran az zənginləşdirilmiş uranı Türkiyəyə verib, əvəzində zənginləşdirilmiş uran alacaq.

İranın xarici işlər naziri Manuçöhər Muttaki bu gün bldirib ki, İran Türkiyəyə 1,2 min kiloqram az zənginləşdirilmiş uran göndərməyə hazırdır. Onun sözlərinə görə, planın detalları Fransa, Rusiya, ABŞ və Nüvə Texnologiyalarına Nəzarət Beynəlxalq Agentliyi arasında hazırlanacaq.

Mehmanpərəst deyib ki, onlar saziş barədə Nüvə Texnologiyalarına Nəzarət Beynəlxalq Agentliyə məlumat verəcəklər.

Mayın 17-də Türkiyənin baş naziri Rəcəb Tayyıb Ərdoğan Tehrana getmiş və İranda olan Braziliya prezidentylə birgə yerli rəsmilərlə danışıqlar aparmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG