Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:38

Həbsdəki aksiya fəallarına görüş icazəsi verilmir


Mayın 15-də «Azadlıq» blokunun mitinqində həbs edilənlərlə görüşə icazə verilmir.

Bu barədə AzadlıqRadiosuna Xalq Cəbhəsi Partiyası sədrinin köməkçisi Faiq Əmirov məlumat verilib.

Faiq Əmirovun sözlərinə görə, Binəqədi qəsəbəsindəki müvəqqəti saxlanma təcridxanasındakı partiya üzvlərinə aparılan yemək və paltar qəbul edilsə də onlarla görüşə icazə verilməyib.

«Azadlıq» blokuna daxil olan partiyalar mayın 15-də sərbəst toplaşma azadlığının təmin edilməsi, seçki məcəlləsinə dəyişiklik və Dağlıq Qarabağla bağlı aparılan danışıqlara aydınlıq gətirlməsi tələbilə Nərimanov kinoteatrı qarşısında icazəsi aksiya keçiriblər. Polis aksiyanın qarşısını alıb.

10 nəfər aksiya iştirakçısı haqqında beş gündən yeddi günə qədər inzibati həbs qərarı seçilib. İki nəfər cərimə olunandan sonra sərbəst buraxılıb.

Müvəqqəti saxlanma təcridxanasında olanlardan səkkiz AXCP, biri ALP, bir isə Müsavat partiyasının üzvüdür.
XS
SM
MD
LG