Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:03

Medvedyev Ukraynaya gedir


Mayın 17-də Rusiya preizidenti Dmitri Medvedyev Ukraynaya iki günlük səfər edir. Gözlənilir ki, danışıqlar əsasən Rusiyanın nəhəng Qazprom ilə Ukraynanın Naftoqaz şirkətlərinin bir şəbəkədə birləşməsiylə bağlı aparılacaq. Əgər şirkətlər bir şəbəkədə birləşdirilsə, Avropaya daxil olan qazın 80 faizini əhatə edəcək.

Ukrayna prezidenti Viktor Yanukoviç deyib ki, Rusiyanın baş naziri Vladimir Putinin bu təklifi ona sürpriz olub.

Yanukoviç fevral ayında prezident seçiləndən bəri Moskva ilə əlaqələr sürətlə inkişaf edib.

Bir müddət əvvəl Krımdakı Rusiya donanmasının müddətinin uzadılmasıyla bağlı Moskvayla Kiyev arasında razılıq əldə olunub.

Ukrayna müxalifəti Yanukoviçi dövlətin müstəqilliyini risk altına qoymaqda günahlandırır.

Müxalifət qüvvələri bu gün, yəni Medvedyevin Ukraynaya səfərinin başlanacağı gün etiraz aksiyası keçirmək üçün Sofiya meydanına yığışacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG