Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:34
Türkiyənin Baş naziri Rəcəb Təyyub Ərdoğan bazar günü Bakı əvəzinə Tehrana səfər edib. Türkiyənin NTV kanalının yaydığı xəbərdə Ərdoğanın səfərindəki bu gözlənilməz dəyişikliyin İranla aparılan nüvə danışıqlarıla bağlı olduğu bildirilir.

Şənbə günü Brazilyanın prezidenti Luiş İqnasio Lula de Silva da İranın paytaxtına gəlmişdi. Bundan başqa həm Türkiəyinin, həm də Brazılyanın xarici işlər nazirləri Tehranda idilər.

İran prezidenti Mahmud Əhməddinnejad ilə görüşən xarici qonaqlar İranın atom proqramlarında istifadə olunan nüvə yanacağının əldə olunması və emalı məsələləri müzakirə olunurdu.

Qərb ölkələri tələb edirlər ki, İran özünün atom elektrostansiyaları üçün istifadə edəcəyi uranın zənginləşdirilməsi prosesini başqa ölkənin ərazisində həyata keçirsin. Belə bir ölkə rolundan çıxış etməyi həm Rusiya, həm də Fransa boynuna götürsə də İran bu ölkələrin namizədliyini rədd edirdi.

Eyni zamanda xəbər verilirdi ki, rəsmi Tehran nüvə yanacağının Türkiyədə hazırlanması təklifinə razıdır. Ərdoğanın gözlənilməz səfəri də məhz belə bir razılığın əldə olunmasından xəbər verirdi.

Tehran paytaxtından daxil olan son xəbərlərdə deyilir ki, üçtərəfli danışıqlar 18 saat davam edib və tərəflər “prisnsipial razılıq” əldə ediblər. Razılaşmanın detalları üzərində müzakirələr gedir. Tehranın paytaxtında Braziliya, Türkiyə və İranın birgə bəyanatla çıxış edəcəyi də gözlənilir.

Ərdoğan bazar ertəsi Tehradan Bakıya gəlir. Sonra isə onun Gürcüstana və İspaniyaya gedəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG