Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:52

İlham Əliyev İordaniya kralı ilə görüşüb


Mayın 16-da Azərbaycanda səfərdə olan İordaniya Kralı II Abdullah prezident İlham Əliyevlə görüşüb.

Görüşdə Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təkbətək görüş başa çatandan sonra İlham Əliyevin və İordaniya Kralı II Abdullahın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.

Görüşlərdən sonra hər iki dövlətin başçısı mətbuat üçün bəyanatlarla çıxış ediblər.
XS
SM
MD
LG