Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:11

Hər keçidə bir sitat


Bakıdakı təzə tikilmiş yeraltı keçidlərin çoxunda prezident İlham Əliyevin sitatlarına rast gəlmək olur. Şəhərin kiçik bir hissəsində - Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Milli Dram Teatrı, Daxili İşlər Nazirliyi və Heydər Əliyev adına Sarayın ətrafındakı yeraltı keçidlərin girişlərində İlham Əliyevin düz 12 sitatını oxumaq olar.

Hələ lenti kəsilməyən Milli Dram Teatrı ilə üzbəüz keçiddəki sitat – «Azərbaycanın inkişafı uğurlu, dayanıqlı və uzun müddətli olacaqdır». Bu keçidin digər çıxışına isə prezidentin bu fikri yazılıb - «Məqsədimiz ölkəmizi inkişaf etdirməkdir».

Daxili İşlər Nazirliyi yanındakı keçidin girişi: «İqtisadiyyat hər bir inkişafın təməl daşıdır».

Heydər Əliyev adına Saraya çıxan keçidin girişində prezidentin bu fikirləri yer alıb: «Mən çox şadam ki, nəzərdə tutduğumuz bütün planlar yerinə yetirilir».

Bül-Bül prospektinə çıxan keçiddə - «Azərbaycanın uğurlu iqtisadi inkişafı artıq gerçəklikdir, faktdır».

Layihə İnstitutuna çıxışda bunlar yazılıb: «Biz ölkəmizi müasirləşdirməliyik».

FOTOLARA BURADAN BAXIN


Milli Bankın çıxışındakı keçiddə «Biz bütün işlərimizi ancaq və ancaq öz gücümüzə etməliyik – ulu öndər bizə bu yolu göstəribdir».

Milli Banka olan çıxışda isə prezidentdən bu sitat gətirilib: «Ölkəmiz güclənir, yeniləşir, müasirləşir».

«Məqsədimiz Azərbaycanı inkişaf etdirmək, müasirləşdirməkdir». Bu sitat Kapital Banka tərəf çıxan keçidin çıxışında yazılıb.

Layihə İnstitutunun başqa bir çıxışına isə «Bizim siyasətimiz əməli işlərdir, praktiki addımlardır, real məsələlərdir» yazılıb.

Heydər Əliyev adına parka açılan iki keçid isə hələ də Gül bayramına görə bağlı olduğundan oradakı sitatları müvəqqəti olaraq görmək olmur.

Heydər Əliyev adına İdman Konsert Kompleksinin yanındakı keçidin bir girişinə Heydər Əliyevin o biri girişinə İlham Əliyevin sitatları yazılıb. «İdman aktual həyatın mühüm hissəsidir». Bu sitat Heydər Əliyevə, «İdman – millətin sağlamlığıdır» sitatı isə İlham Əliyevə məxsusdur. Bu keçidin içərisində də Əliyevlərin iki fikri divara həkk olunub.

Altına İ. Əliyevin imzası qoyulan sitat budur: «Azərbaycanda idman infrastrukturu çox güclənib və möhkəmlənibdir». Elə bu sitatla üzbəüz Heydər Əliyevin «İdman, bədən tərbiyəsi ilə məşğul olan xalq sağlamlığını təmin edir» fikri yer alır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG