Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:54

Braziliya prezidenti İranı yola gətirməyə çalışır


Braziliya prezidenti Luis İnasio Lula da Silva İranda rəsmi səfərdədir.

O səfər zamanı iranlı həmkarı Mahmud Əhmədinejad və digər ölkə rəsmiləriylə İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti müzakirə edəcək.

Söhbət İrana qarşı mümkün yeni sanksiyalardan qaçmaq üçün beynəlxalq aləmin təklif etdiyi planın qəbulundan gedir.

Bu planaq görə İran onda olan az zənginləşdirilmiş uranı xaricə göndərməli və əvəzində nüvə yanacağı almalıdır.

İranın Xarici İşlər Nazirliyi dünən məsələylə bağlı razılğa gəlmək üçün əlverişli şərait yarandığını deyib.

Rusiya prezidenti Dimitri Medvedev səfərin müsbət nəticə verəcəyinə ümidlə yanaşmır.

Həmçinin ABŞ dövlət katibi Hillari Klinton bildirib ki, Vaşinton Tehranın bu plana müsbət, ciddi cavab verəcəyinə inanmır.
XS
SM
MD
LG