Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:00

Dördtərəfli qaz sammiti keçirilə bilər


Türkiyə, Azərbaycan, İtaliya və Yunanıstanın təbii qazın ixracı və nəqli ilə bağlı birgə sammit keçirmələri planlaşdırılır. «APA»nın xəbərinə görə, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız məlumat verib.

Məlumata görə, sammitdə Azərbaycandan Türkiyə və Yunanıstan ərazisindən keçməklə İtaliyaya çəkiləcək qaz kəməri ilə bağlı məsələlər müzakirə olunacaq. Baş nazirin dediyinə görə, hazırda sammitlə bağlı müzakirələr aparılır və ola bilsin ki, bu tədbir Türkiyə və ya Yunanıstanda keçirilsin.

Taner Yıldız deyib ki, sammitlə bağlı məsələ baş nazir Rəcəb Tayyib Ərdoğanın Yunanıstana səfəri zamanı da müzakirə mövzusu olub.

«ANSPRESS»in məlumatına görə isə, gələn həftə - 17 və ya 18 mayda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı iki ölkə arasında qaz sazişi imzalana bilər:

«Əgər gələn həftə Bakıda Türkiyə ilə Azərbaycan arasında qaz sazişi imzalanarsa,Türkiyənin 2023-cü ilə qədər çətinliyi qalmayacaq».
XS
SM
MD
LG