Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:02

Bakıda müxalifət fəallarına 5-7 sutka iş kəsilib


Nərimanov rayon məhkəməsində 15-dən çox müxalifətçinin isinə baxılır.

Bu barədə AzadlıqRadiosuna Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan məlumat verib.

Əvəz Temirxan bildirib ki, o və bir neçə partiya funksioneri xəbərdarlıq edildikdən sonra sərbəst buraxsalar da, partiyanın Suraxanı təskilatının üzvü Bahəddin Həşimova 7 sutka is kəsilib.

O Bahəddin Həşimovun amansızcasına döyüldüyünü deyir.

O, həmçinin bir sıra müxalifət fəallarının 5-7 gün azadliqdan məhrum edildiklərini xəbər verib.

Qeyd edək ki, polis bu gün Azadlıq Blokunun Nərimanov heykəlinin ətrafında keçirmək istədiyi etiraz aksiyasını dağıdıb.
XS
SM
MD
LG