Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:26

Qırğızıstanda asaişin qorunmasına könüllülər cəlb olunur


Qırğızıstanın müvəqqəti hökuməti ölkənin cənubundakı Calalabad şəhərində asaişin qorunmasına 2 mindən çox könüllü cəlb edəcək.

Vilayətin qubernatoru Bektur Asanovun sözlərinə görə bu qüvvələr ölkənin cənubundakı gələcək güc qrumlarının əsasını təşkil edəcək.

Müvəqqəti hökumət cənub vilayətlərində vəziyyətin nəzarətə götürüldüyünü deyir.

Devrilmiş prezident Bakiyevin tərəfdarları bu gün şəhərdə dinc mitinq keçirdikdən sonra dağılışıblar.

Bu günlərdə ölkənin cənubunda yeni hökumətin əlehdarlarıyla tərəfdarları arasında baş vermiş toqquşmalarda azı 1 nəfər ölüb, 60-a yaxın adam isə yaralanıb.

Beynəlxalq aləm tərəfləri sakitliyə çağırıb.






Günün bütün mövzuları

XS
SM
MD
LG