Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:47

Sabirabad sakinləri evlərinə dönür


Bu gün Kürün Sabirabad rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi daha 5 sm qalxıb.

Amma mütəxəssislər bunu təhlükəli saymırlar.

Onların fikrincə bu Kürdə bəndlərin bərkidilməsi, buna görə suyun kənara axmamasıyla bağlıdır.

Ona görə də əhalinin evlərinə köçürülməsi bu gün də davam etdiriləcək.

Bu gün Sabirabadda daha 4 kəndinin sakinləri evlərinə köçürülür.

Həmçinin dünən 4 kəndin camaatı geri qaytarılıb.

Fövqəladə Hallar Nazirliyi geri dönənlərə təcili , lazımi yardımlar göstərir.

Bəzi kəndlərdə ümumilikdə 600-ə yaxın evin tam qəzalı vəziyyətdə olduğu müəyyənləşdirilib.

Bu evlər Fövqəladə Hallar Nazirliyi tərəfindən təmir olunduqdan sonra sakinlər mənzillərinə köçürüləcək.
XS
SM
MD
LG