Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:29

Bakiyevin tərəfdarları yenidən küçəyə çıxıb


BMT, Avropa Birliyi, Birləşmiş Ştatlar və Rusiya Qırğızıstanın cənubunda qarşı-qarşıya durmuş hər iki tərəfi sakitliyə çağırıblar.

Qırğızıstandakı müvəqqəti hökumət hazırda vəziyyətin nəzarət altına götürüldüyünü deyir.

Devrilmiş prezident Bakiyevin tərəfdarları ölkənin cənubunda yerləşən Calal-Abad, Oş və Batken şəhərlərində hökumət binalarını ələ keçirmişdilər.

Toqquşmalar zamanı 1 adam ölüb, azı 60 nəfər isə yaralanıb.

Müvəqqəti hökumətin rəhbəri Roza Otunbayeva cavabdehlərin məsuliyyətə cəlb olunacaqlarını deyib.

Məlumatlara görə prezident aparatının keçmiş rəhbəri Usen Sıdıkovla Kommunist partiyasının lideri İsak Masaliyev bu qiyamın təşkilində şübhəli bilinərək həbs ediliblər.

Başqa bir məlumata görə isə Calal-Abadda insanlar yenidən küçələrə çıxıb.

Müvəqqəti hökumətə qarşı çıxanlar onun tərəfdarlarını efirə buraxmamaqla vilayət televiziyasının işini əngəlləyiblər.


XS
SM
MD
LG