Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:42

Son 23 ildə Azərbaycanda QİÇS-dən ölənlərin sayı açıqlanıb


İİV/QİÇS pandemiya şəklində dünyada yayılmaqda davam edir

İİV/QİÇS pandemiya şəklində dünyada yayılmaqda davam edir

Bakıda Respublika QİÇS-lə Mübarizə Mərkəzində QİÇS-dən ölmüş insanların Ümumdünya Xatirə Günü keçirilib.

Tədbirdə çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəhbəri Həqiqət Qədirova bildirib ki, İİV/QİÇS pandemiya şəklində dünyada yayılmaqda davam edir. Belə ki, 2008-ci ilin sonuna dünyada İİV/QİÇS-lə yaşayanların sayı 33.4 mln. nəfər olub:

«Respublika QİÇS-lə Mübarizə Mərkəzidə 1987-2010-cu il dövrü ərzində (mayın 1-nə kimi) 2 427 nəfər İİV-ə yoluxmuş şəxs rəsmi qeydiyyata alınıb. Onlardan 2 335 nəfəri Azərbaycan vətəndaşı, 92 nəfəri isə əcnəbidir. Həmin dövr ərzində 305 Azərbaycan vətəndaşı – 268 kişi və 37 qadın – QİÇS-dən dünyasını dəyişib».

QİÇS-dən ən çox ölüm halları Bakı və Abşeronda (95 nəfər), Lənkəranda (42 nəfər) və Sumqayıtda (32 nəfər) qeydə alınıb. QİÇS-dən ölmüş insanların ailələrində 249 uşaq yetim qalıb, onlardan 20-si ata və anasını, 204-ü isə atasını itirib. / APA /

Günün bütün mövzuları

XS
SM
MD
LG