Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:34

Qırğızlar sakitləşmir


Müvəqqəti hökumətin tərəfdarları ilə bakiyevçilər arasında toqquşmalarda ölən, yaralananlar var. Qırğızstanın keçid hökuməti bildirir ki, mayın 14-də ölkənin cənubunda keçmiş prezident Bakiyevin tərəfdarları ilə toqquşmalarda azı 1 nəfər ölüb.

Səhiyyə Nazirliyi deyir ki, mayın 14-də Cəlalabad şəhərində baş verən toqquşmalarda 30-can adam yaralanıb.

Paytaxt Bişkəkdəki Amerika səfirliyi yaranan vəziyyətdən dinc metodlarla çıxış yolu tapmağa çağırıb.

Toqquşmalara o səbəb olub ki, mayın 13-də Bakiyevin tərəfdarları cənubdakı üç vilayətdə - Cəlalabad, Oş və Batken vilayətlərində icra hakimiyyətlərinin binalarını ələ keçiriblər.

Bakiyevçilər müvəqqəti hökumət tərəfdarlarına daş atır. Oş 14 may 2010
Cəlalabad şəhərində müvəqqəti hökumətin tərəfdarları icra hakimiyyətinin binasını tutan bakiyevçiləri oradan çıxarmağa cəhd ediblər.

Azadlıq Radiosunun Cəlalabaddakı müxbiri Rizbay Abraimov deyir ki, yerli həkimlərin tibbi yardım göstərdiyi şəxslərin

BƏDƏNİNDƏ GÜLLƏ YARALARI DA VAR

"Səhər saat 10-da Bakiyev tərəfdarları icra hakimiyyətinin qarşısında mitinqə başladılar.

Bakiyevin adamları olan iki keçmiş icra başçısı çıxış etdilər və bildirdilər ki, legitim hakimiyyət onlardır və onların hakimiyyəti bərpa edilməli, Bakiyev də vəzifəsinə qayıtmalıdır. Bu zaman müvəqqəti hökumətin tərəfdarları meydana istiqamətləndi. Baş verən toqquşmada əvvəlcə tərəflər bir-birinə daş atdı, sonra atəş səsləri eşidilməyə başladı.

Azadlıq Radiosunun Qırğızıstan xidməti xəbər verir ki, Oş vilayətində müvəqqəti hökumətin 1000-ə yaxın tərəfdarı icra hakimiyyətinin binasına daxil olub və binanı yenidən öz nəzarətinə qaytarıb.

Müvəqqəti hökumətin icra başçısı təyin etdiyi Sooranbay Jeenbekov yenidən öz vəzifəsinin icrasına başlayıb. Bundan qabaq bakiyevçilər onu qaçmağa məcbur etmişdilər.

Azadlıq Radiosunun Oşdakı müxbiri Janarbek Akayev deyir ki, vilayətdə nisbi sakitlikdir, belə görünür ki, müvəqqəti hökumət vəziyyətə nəzarət edir.

Qırğızıstan əsgərləri Oş şəhərində. 14 may 2010
“Bəzi dükanlar hələ də bağlıdır. Amma məktəb və universitetlər açıqdır.

HƏR ŞEY NORMAL AXARINA QAYIDIB

Müvəqqəti hökumətin tərəfdarları hələ də icra hakimiyyətinin binası qarşısındadır, onlar bakiyevçilərin yeni hücumlarından ehtiyat edirlər”.

Azadlıq Radiosunun Batken vilayətindəki müxbiri deyir ki, inzibati binalar, rabitə idarəsi və aeroport gücləndirilimiş polis nəzarəti altındadır.

Müvəqqəti hökuməti hələ ki rəsmi olaraq heç bir ölkə tanımayıb, baxmayaraq ki, xarici ölkələrin nümayəndələri Qırğızıstana səfərlər edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG